• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Əsəd xilaskarın hüzurunda

  • 21 Noyabr 2017
  • comments
  • Səidə Hüseynova
  • Posted in Xəbər

Noyabrın 21-də Rusiya prezidenti Vladimir Putinin suriyalı həmkarı Bəşər Əsədlə görüşü haqda məlumat yayılıb. Novator.az-ın məlumatına görə, görüş noyabrın 20-si Rusiyanın Soçi şəhərində keçirilib, 4 saat davam edib.

Vladimir Putin görüşdə qeyd edib ki, Suriyada terrorçuluqla mübarizə başa çatmaq üzrədir və bu, ən qısa müddətdə baş verəcək.

Bəşər Əsəd Vladimir Putinə təşəkkür edərək deyib ki, terrorçularla mübarizədə uğur Rusiya Hərbi Kosmik Qüvvələrinin və Suriya ordusunun birgə fəaliyyətinin nəticəsidir: “Rusiya Suriyanı bir dövlət kimi xilas etdi”.

Vladimir Putin Suriyada siyasi nizamlanmaya keçidin başlanmasına çağırıb. Bəşər Əsəd Dəməşqin bütün siyasi qüvvələrlə dialoqa açıq olduğunu deyib, qeyd edib ki, başqa ölkələr Suriyanın daxilindəki siyasi proseslərə qarışmamalıdır.

Prezidentlərin görüşündə Rusiya Müdafiə Nazirliyinin və Baş Qərargahın rəhbərləri də iştirak edib.

Suriyada 2011-ci ilin mart ayında Əsəd sülaləsinin hakimiyyətdən getməsi tələbi ilə başlayan xalq hərəkatı sonradan vətəndaş müharibəsinə çevrilib. 2000-ci ildən ölkədə prezident postunu Bəşər Əsəd tutur. 1971-2000-ci illər arasında isə Suriyaya onun atası Hafiz Əsəd prezidentlik edib.

Rusiya münaqişədə Əsəd sülaləsinə siyasi dəstək verir. 2015-ci ildən isə Rusiya aviasiyası hərbi əməliyyatlarda Suriya ordusu tərəfdən döyüşür.

Ermənilər 4 günə nə qədər vəsait topladı?

  • 21 Noyabr 2017
  • comments

Sərhəd pozuntularının hesabatı

  • 21 Noyabr 2017
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
Xəbər

2024-2025 mövsümünün qalibi

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0

Tags

  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

2024-2025 mövsümünün qalibi

Son materiallar

comments
Xəbər

2024-2025 mövsümünün qalibi

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda