• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Prezidentlə futbol müzakirəsi

  • 21 Noyabr 2017
  • comments
  • Novator.az
  • Posted in ManşetXəbər

“Azərbaycan sözün əsl mənasında futbol ölkəsidir”. FİFA prezidenti Canni İnfantino dövlət başçısı İlham Əliyevlə görüşündə belə deyib. Prezident Canni İnfantinonu və FİFA-nın baş katibi Fatma Samouranı noyabrın 20-si Bakıda qəbul edib.

AZƏRTAC xəbər verir ki, Canni İnfantino Bakının FİFA İcraedici Futbol Sammitinin keçiriləcəyi 12 şəhərdən biri seçilməsinin və ilk sammitin Azərbaycan paytaxtına salınmasının əhəmiyyətini vurğulayıb.

FİFA prezidenti və baş katibin Azərbaycana səfərini mühüm hadisə kimi qiymətləndirən dövlət başçısı azərbaycanlı futbol azarkeşlərinin bu səfərdən sevinc hissi keçirdiklərini vurğulayıb və qeyd edib ki, bu, Azərbaycanın dünya futbol ailəsində özünəməxsus yerinin olduğunu göstərir.

Ölkədə idmanın inkişafına toxunan dövlət başçısı bildirib ki, futbol Azərbaycanda prioritet sahələrdən biridir. İdmanın bu növünün inkişafı ilə bağlı xüsusi proqramın qəbul edildiyini vurğulayan prezident Bakıda, eləcə də Azərbaycanın digər şəhərlərində müasir tələblərə cavab verən xeyli stadionun inşa edildiyini və bu gün futbolun inkişafı üçün bütün lazımi infrastrukturun tam şəkildə yaradıldığını qeyd edib.

Ölkədə futbola olan marağın və azarkeşlərin sayının durmadan artdığını deyən dövlət başçısı bildirib ki, Azərbaycan milli komandası və klublar daha yaxşı oyun nümayiş etdirir və bu sahədə daha çox uğurların və qələbələrin qazanılmasına ümidvardır.

Canni İnfantino deyib ki, Azərbaycan sözün əsl mənasında futbol ölkəsidir: “Mən hələ FİFA prezidenti olmamışdan öncə, UEFA-da çalışdığım dövrdə AFFA ilə birgə əməkdaşlıq etmişik. Biz hələ o zaman irəliyə baxaraq Azərbaycanla birgə layihələr üzərində düşünürdük. Mən və baş katib Fatma Samoura Azərbaycanda ümumilikdə futbolun və futbol hərəkatının inkişafının şahidiyik. Siz artıq 17 yaşına qədər olan qadınlar arasında futbol üzrə dünya çempionatının final mərhələsini Bakıda təşkil etmisiniz”.

Canni İnfantino Bakının 2020-ci ilin Avropa çempionatına ev sahibliyi edəcək 13 şəhərdən biri olmasının əhəmiyyətini qeyd edib. O deyib ki, ölkədə futbol infrastrukturunun yaradılmasına və uşaq futboluna böyük önəm verilməsi Azərbaycanda futbolun inkişafına gətirib çıxarıb. Canni İnfantino qeyd edib ki, 2019-cu ildə Bakıda keçiriləcək UEFA Avropa Liqasının final matçı Azərbaycanda futbolun inkişafının nəticəsidir.

FİFA prezidenti Azərbaycan milli komandasının və “Qarabağ” futbol klubunun uğurlar qazandığını vurğulayıb və AFFA-nın fəaliyyətinin bir çox ölkələr üçün nümunə olduğunu qeyd edib.

Cəbhədə qoşunların praktiki fəaliyyəti yoxlanıb

  • 20 Noyabr 2017
  • comments
Yalcin-İmanov

Yalçın İmanovun vəkillik fəaliyyəti dayandırıldı

  • 21 Noyabr 2017
  • comments

About author

Novator.az

Son materiallar

comments
Xəbər

Beşlikdə son nöqtə

GLOBALS:0
comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0

Tags

  • İdman
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Beşlikdə son nöqtə

Son materiallar

comments
Xəbər

Beşlikdə son nöqtə

GLOBALS:0
comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda