• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Rusiyalı nazirin Bakı bəyanatları

  • 20 Noyabr 2017
  • comments
  • Novator.az
  • Posted in ManşetXəbər

Azərbaycana səfər edən Rusiyanın xarici işlər naziri Sergey Lavrov noyabrın 20-də “ADA” Universitetində tələbələrlə görüşüb. Çıxışında Azərbaycanla Rusiya arasında diplomatik əlaqələrin 25 ilinin tamam olduğunu söyləyən nazir iki ölkəni strateji tərəfdaş adlandırıb. Nazir qeyd edib ki, Azərbaycan və Rusiya hər sahədə fəal əməkdaşlıq edir, Qafqazda, Xəzər dənizində təhlükəsizliyin təmin edilməsinə birgə töhfələr verir: “İkitərəfli əlaqələrin tükənməz potensialından çox istifadə olunmalıdır. Azərbaycanla Rusiya arasında diplomatik əlaqələr qurulduqdan sonra iki ölkənin münasibətlərində yeni mərhələ başlayıb. İki ölkə strateji tərəfdaşdır. Qarşılıqlı maraq kəsb edən əlaqələr bütün sahələrdə çox yaxşı şəkildə irəliləyir. Ölkələrimiz arasında qarşılıqlı anlaşma Qafqaz və Xəzər regionunda təhlükəsizlik üçün ən vacib amillərdən biridir”.

Nazir qeyd edib ki, Azərbaycan və Rusiya terrorizmlə mübarizə sahəsində əməkdaşlıq edir: “Biz əməkdaşlıq edirik ki, heç kəs terrorçulardan hansısa məqsədlərini yerinə yetirmək üçün istifadə edə bilməsin. Biz bunları Suriyada, Yaxın Şərqdə müşahidə edirik. Terrorizmlə mübarizə üçün BMT çərçivəsində əməkdaşlıq edirik. Həmçinin MDB Antiterror Mərkəzi çərçivəsində əməkdaşlıq davam edir. Terrorizmlə mübarizə sahəsində əməkdaşlıq bizim ümumi maraqlarımıza xidmət edən əsas sahələrdən biridir”.

Avrasiya İqtisadi İttifaqına üzvlükdən danışarkən nazir vurğulayıb ki, birliyə yeni üzvlərin qəbul edilməsini hər zaman alqışlayırlar və təşkilat açıq inteqrasiya birliyidir: “Biz heç kəsə bu təşkilata daxil olmağı diktə etməmişik. Hazırda Tacikistanın təşkilata daxil olması məsələsinə baxılır. Bizə MDB üzvü olmayan ölkələrdən də müraciətlər gəlir. Azərbaycanı da bu təşkilatda görməkdən çox məmnun olarıq”.

Nazir qeyd edib ki, ABŞ-la Rusiya arasında münasibətlərin bəzi sahələrdə dalana dirənməsinə baxmayaraq bu, Dağlıq Qarabağ münaqişəsinin həlli sahəsində əməkdaşlığa təsir etmir: “Rusiya ABŞ və Fransa ilə ümumi mövqeyə malikdir. Həmsədrlər, səfirlər nazirlərlə görüşürlər, mütəmadi regiona səfər edirlər. Mən ümid edirəm ki, prezidentlər arasında keçən ay keçirilən görüş münaqişənin həlli istiqamətində irəli addım atmağa kömək edəcək”.

Sergey Lavrov Bakı-Tbilisi-Qars dəmir yolundan danışarkən layihənin ilk növbədə Azərbaycan, Gürcüstan və Türkiyəyə müsbət töhfə verəcəyini bildirib: “Bakı-Tbilisi-Qars dəmir yolunun bizimlə əlaqəsi yoxdur. Çünki bizim ərazilərdən keçmir. Azərbaycan Rusiya və İranla hazırda nəqliyyat sahəsində əməkdaşlığı inkişaf etdirmək istiqamətində layihə həyata keçirir. Nəqliyyat layihələri gələcəkdə məhsuldar əməkdaşlıqlara yol açır”.

Xəbəri APA yayıb.

Ekologiya-Nazirliyi

15 günün yoxlamaları, cəzalar

  • 20 Noyabr 2017
  • comments

Avtobuslar yeni yanacaq növünə keçib

  • 20 Noyabr 2017
  • comments

About author

Novator.az

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0

Tags

  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda