• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Lavrovla Qarabağ müzakirəsi

  • 20 Noyabr 2017
  • comments
  • Səidə Hüseynova
  • Posted in ManşetXəbər

Prezident İlham Əliyev noyabrın 19-da Bakıya səfər edən Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşüb. AZƏRTAC-ın məlumatına görə, prezident deyib ki, səfər iki ölkənin münasibətlərinin gələcək inkişafı ilə bağlı məsələlərin müzakirəsi üçün yaxşı fürsətdir: “Biz ölkələrimizin dövlətlərarası münasibətlərindən çox məmnunuq. Bu münasibətlər praktiki olaraq bütün sahələri əhatə edir və çox yaxşı dinamikliyə malikdir. Dövlət başçıları səviyyəsində müntəzəm görüşlər keçirilir. Bu il bir neçə görüş keçirilib. Eləcə də xarici siyasət idarələrinin başçıları və müvafiq qurumların rəhbərləri mütəmadi görüşürlər. Bütün bunlar göstərir ki, münasibətlər yüksək səviyyədədir. Biz bunu çoxdandır strateji tərəfdaşlar arasında münasibətlər kimi səciyyələndiririk və əminəm ki, gələcəkdə əməkdaşlıq potensialını gücləndirəcəyik.

Həmçinin ticari-iqtisadi sahədə yaxşı nəticələri qeyd etmək istərdim. Bu il bizdə ticarət dövriyyəsi, qarşılıqlı sərmayə qoyuluşu artıb. Nəqliyyat sahəsində yeni imkanlar açılır. Biz bu istiqamətdə, energetika sahəsində fəal işləyirik. Humanitar sahə də bizim ənənəvi əməkdaşlıq sahəsidir. Düşünürəm ki, bizim münasibətlərimiz bütün qonşular və tərəfdaşlar üçün nümunə ola bilər.

Əlbəttə, bu gün həm də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı məsələlərdən danışacağıq. Azərbaycan bu münaqişənin tezliklə nizamlanmasında son dərəcə maraqlıdır”.

Sergey Lavrov qeyd edib ki, iki ölkənin ticarət dövriyyəsi bu ilin 9 ayında ən azı 60 faizdən çox artıb: “Bu da iki il əvvəl özünü göstərən ticarət dövriyyəsinin azalması tendensiyasının qarşısını almaq və investisiya qoyuluşu sahəsində tempi artırmaq istiqamətində çox ciddi addımdır”.

Nazir əlavə edib ki, Rusiya ATƏT-in Minsk qrupunun həmsədrlər üçlüyünün üzvü kimi düyünün açılmasına hərtərəfli kömək göstərməkdə və Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində irəliləyişi təmin etməkdə maraqlıdır: “Bu istiqamətdə fəal səylər göstərmək lazımdır”.

Bir Zabil Müqabiloğlu vardı…

  • 17 Noyabr 2017
  • comments

Komanda-qərargah hərb oyunları başa çatır

  • 20 Noyabr 2017
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
Xəbər

Beşlikdə son nöqtə

GLOBALS:0
comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0

Tags

  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Beşlikdə son nöqtə

Son materiallar

comments
Xəbər

Beşlikdə son nöqtə

GLOBALS:0
comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda