• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Avropa Məhkəməsi İlqar Məmmədovla bağlı daha bir qərar qəbul edib

  • 16 Noyabr 2017
  • comments
  • Novator.az
  • Posted in Xəbər

Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycanda həbsdə olan siyasətçi İlqar Məmmədovun şikayəti üzrə daha bir qərar qəbul edib.

“Azadlıq” radiosunun məlumatına görə, noyabrın 16-da çıxarılan qərarda deyilir ki, İlqar Məmmədovun ədalətli mühakimə hüququ pozulub, bu da Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsinin pozulması deməkdir.

Qərarda bildirilir ki, İlqar Məmmədova qarşı aparılmış cinayət işində, dəlil-sübutların toplanması və yoxlanmasında, məhkəmə prosesi zamanı müdafiə tərəfinin gətirdiyi dəlillərə hakimlərin sərgilədiyi münasibətdə ciddi çatışmazlıqlar olub.

İlqar Məmmədov Respublikaçı Alternativ (REAL) Hərəkatının lideridir. O, 2013-cü il fevralın 4-də, İsmayıllıda hökumət əleyhinə iğtişaşlar (23-24 yanvar 2013-cü il) təşkil etmək ittihamı ilə tutulub, 7 il azadlıqdan məhrumetmə cəzası alıb. Hökmü Şəki Ağır Cinayətlər Məhkəməsi çıxarıb, Şəki Apellyasiya Məhkəməsi qüvvədə saxlayıb.

2014-cü il mayın 22-də Avropa İnsan Hüquqları Məhkəməsi İlqar Məmmədovun şikayəti ilə bağlı qərar verib. Avropa Məhkəməsi İlqar Məmmədovun Avropa İnsan Hüquqları Konvensiyası ilə verilmiş bir sıra hüquqlarının pozulduğunu tanıyıb, Azərbaycana 22 min avro cərimə kəsib.

2015-ci il oktyabrın 13-də Ali Məhkəmə Şəki Apellyasiya Məhkəməsinin İlqar Məmmədov barəsindəki qərarını ləğv edib, iş həmin instansiyaya qaytarılıb. 2016-cı il aprelin 29-da Şəki Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlayıb, beləliklə, İlqar Məmmədov həbsdə qalıb. 2016-cı il noyabrın 18-də Ali Məhkəmə İlqar Məmmədovun Şəki Apellyasiya Məhkəməsindən şikayətini təmin etməyib.

2017-ci il sentyabrın 21-də Avropa Şurasının Nazirlər Komitəsi Azərbaycanı Avropa İnsan Hüquqları Məhkəməsinin hökmünün icrası üçün oktyabrın 27-dək tədbir görməyə səsləyən qərar qəbul edib. Oktyabrın 25-də Nazirlər Komitəsi Azərbaycanla bağlı yeni qərar qəbul edib. Həmin qərarda deyilir ki, dekabrın 5-də İlqar Məmmədovun işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət olunacaq. Azərbaycana məsələ ilə bağlı öz mövqeyini noyabrın 29-na kimi bildirmək təklif edilib.

Avropa Şurasının müxtəlif qurumları çoxdan bəyan edir ki, Azərbaycan Avropa İnsan Hüquqları Məhkəməsinin İlqar Məmmədovla bağlı 2014-cü ildə çıxardığı qərarını icra etmir və buna görə cəza tətbiq olunmalıdır.

Avropa İnsan Hüquqları Konvensiyasına görə, Avropa Şurasının Nazirlər Komitəsi ölkənin Avropa İnsan Hüquqları Məhkəməsinin qərarını yerinə yetirməkdən boyun qaçırdığını hesab edirsə və məhkəmə bunun pozuntu olduğunu təsdiqləyirsə, onda iş tədbir görülməsi üçün Nazirlər Komitəsinə göndərilir. Tədbirlərdən biri ölkənin Avropa Şurasından çıxarılması ola bilər.

Novator.az-ın məlumatına görə, vəkil Fuad Ağayev Avropa Məhkəməsinin 16 noyabr qərarından sonra bəyan edib ki, bu qərar İlqar Məmmədovun dərhal azadlığa buraxılması məsələsini bir daha aktuallaşdırır: “Çünki qərarda Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsinin ciddi şəkildə pozulduğu əksini tapıb”.

Ancaq 16 noyabr qərarında İlqar Məmmədovun dərhal azadlığa buraxılması barədə göstəriş yoxdur. Fuad Ağayev qeyd edib ki, onlar bu qərarın çıxarılmasına səbəb olan şikayət ərizəsini Avropa Məhkəməsinə təqdim edəndə dərhal azadlığa buraxılma məsələsini də qaldırıblar. Vəkil sözügedən məsələnin 16 noyabr qərarında əksini tapmamasının əsl səbəbini bilmir, lakin güman edir ki, ola bilsin, 2014-cü ildəki qərarda İlqar Məmmədovun dərhal azadlığa buraxılması məsələsi qoyulduğundan ikinci qərarda bunu qeyd etməyə ehtiyac qalmayıb.

Qəzetin adı prezidentin şərəfinə dəyişdi

  • 16 Noyabr 2017
  • comments

Baş Prokurorluq bir neçə vəkillə bağlı məsələ qald...

  • 16 Noyabr 2017
  • comments

About author

Novator.az

Son materiallar

comments
Xəbər

2024-2025 mövsümünün qalibi

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0

Tags

  • Hüquq

Rəylər

Do not miss

comments
Xəbər

2024-2025 mövsümünün qalibi

Son materiallar

comments
Xəbər

2024-2025 mövsümünün qalibi

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda