• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

10 aylıq göstəricilər

  • 16 Noyabr 2017
  • comments
  • Səidə Hüseynova
  • Posted in Xəbər

Dövlət Statistika Komitəsi makroiqtisadi göstəriciləri açıqlayıb. Novator.az bildirir ki, hesabata görə, 2017-ci il noyabr ayının 1-nə kənd təsərrüfatının ümumi məhsulu 2016-cı ilin yanvar-oktyabr ayları ilə müqayisədə 4 faiz, o cümlədən heyvandarlıq məhsullarının istehsalı 2,8 faiz, bitkiçilik məhsullarının istehsalı 5,3 faiz artıb.

Yanvar-oktyabr aylarında əsas kapitala 12 milyard 536,5 milyon manat məbləğində, yaxud 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 3 faiz az vəsait yönəldilib. İstifadə olunmuş vəsaitin 77,2 faizi məhsul istehsalı obyektlərinin, 16,8 faizi xidmət sahələri üzrə obyektlərin, 6 faizi yaşayış evlərinin tikintisinə sərf olunub.

Sərmayənin 42 faizini daxili vəsaitlər təşkil edib.

Nəqliyyat sektoruna gəlincə, 10 ayda əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə yük daşınması 1,7 faiz, sərnişin daşınması isə 2,2 faiz artıb.

İnformasiya və rabitə xidmətlərinin həcmi dəyər ifadəsində 5,7 faiz artıb, bu sahədə əldə edilmiş gəlirin 81,2 faizi qeyri-dövlət sektorunun payına düşüb.

2017-ci ilin yanvar-oktyabr aylarında pərakəndə ticarət şəbəkəsindən əhaliyə 28 milyard 33,9 milyon manatlıq məhsul satılıb, xidmət subyektləri 6 milyard 757,5 milyon manatlıq ödənişli xidmət göstərib. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əmtəə dövriyyəsi 2,1 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlərdən əldə olunan gəlir 1 faiz artıb.

Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2017-ci ilin yanvar-oktyabr aylarında əhalinin gəlirləri nominal ifadədə 8,2 faiz artaraq 40 milyard 190,7 milyon manata çatıb.

10 ayda dövlət büdcəsinə 13 milyard 557,2 milyon manat vəsait daxil olub, büdcə xərcləri 14 milyard 150,2 milyon manat təşkil edib, büdcənin icrasında yaranmış 593 milyon manatlıq kəsir ümumi daxili məhsulun 1 faizi səviyyəsində qərarlaşıb.

Mərkəzi Bankın məlumatlarına görə, 2017-ci il oktyabr ayının 1-nə ölkənin bank və bank olmayan kredit təşkilatlarının kredit portfeli milli valyuta ekvivalentində 12 milyard 437,2 milyon manat təşkil edib. Ödəmə vaxtı keçmiş kreditlərin məbləği ümumi kredit portfelinin 14,9 faizinə bərabər olub.

Əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği 2017-ci il oktyabr ayının 1-nə 7 milyard 22,2 milyon manat göstərilir.

2017-ci ilin yanvar-sentyabr aylarında əhalinin sayı 0,7 faiz artaraq oktyabrın 1-nə 9 milyon 875 min 273 nəfər olub.

Prezident Abşeron rayonuna baş çəkib

  • 16 Noyabr 2017
  • comments

Cocuq Mərcanlı: bərpanın yeni mərhələsi başa çatdı

  • 16 Noyabr 2017
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0

Tags

  • Sosial

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda