• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

REAL daha bir neçə ünvana üz tutub

  • 15 Noyabr 2017
  • comments
  • Novator.az
  • Posted in Xəbər

Respublikaçı Alternativ Hərəkatının bazasında yaradılan eyniadlı partiyanın təşəbbüs qrupu təsis qurultayı keçirmək üçün yenidən bir sıra ünvanlara müraciət edib.

Təşəbbüs qrupu qurultayı oktyabrın 29-na təyin etmiş, ancaq yer ayrılmaması ucbatından tədbiri keçirə bilməmişdi.

Noyabrın əvvəllərində qrup Bakı Şəhər İcra Hakimiyyətinə yenidən müraciət edərək meriyanın balansında olan, 400 nəfər üçün münasib hər hansı bir qapalı məkanın ayrılmasını istəmişdi. Həmin müraciətdə qurultay üçün 18-19 noyabr, 25-26 noyabr və 2-3 dekabr tarixlərində, səhər saat 8-dən axşam 7-yə qədər olan vaxtda yer ayrılması xahiş edilmişdi.

Noyabrın 14-də REAL Hərəkatının mətbuat xidmətinin yaydığı məlumatda deyilir ki, son müraciət təsis qurultayının keçirilməsinə yer ayrılması və kirayələnməsi üçün müxtəlif qurumlara – Bakı Şəhər İcra Hakimiyyətinə, Azərbaycan Dövlət Opera və Balet Teatrına, Beynəlxalq Mətbuat Mərkəzinə, “Pullman Baku”, “Park İnn”, “Hyatt Regency” və “The Landmark Baku” otellərinə ünvanlanıb.

Təşəbbüs qrupu qurultayın paytaxtın Əmircan qəsəbəsində yerləşən Səttar Bəhlulzadə adına mədəniyyət sarayında da keçirilməsini mümkün sayır. Ancaq noyabrın 14-də yayılan məlumatda qeyd edilir ki, mədəniyyət sarayının qurultaya ayrılması üçün Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinə edilmiş müraciətə indiyədək heç bir cavab verilməyib.

REAL Hərəkatı 2008-ci ildə yaradılıb. Qurumun lideri İlqar Məmmədov 2013-cü il fevralın 4-də, İsmayıllıda hökumət əleyhinə iğtişaşlar (23-24 yanvar 2013-cü il) təşkil etmək ittihamı ilə tutulub, 7 il azadlıqdan məhrumetmə cəzası alıb.

Manatın banklara satış qiyməti dəyişmədi

  • 15 Noyabr 2017
  • comments
Elchin İsmayilli

Elçin İsmayıllının şikayətinə baxılır

  • 15 Noyabr 2017
  • comments

About author

Novator.az

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda