Azərbaycanın əsas xarici ticarət tərəfdaşları açıqlanıb. Novator.az-ın məlumatına görə, Dövlət Gömrük Komitəsi bildirir ki, 2017-ci ilin yanvar-oktyabr aylarında əsas tərəfdaş İtaliya olub. Bu ölkə ilə ticarət ümumi dövriyyənin 14,54 faizi həcmində göstərilir.
Türkiyə 13,52 faizlə ikinci, Rusiya 10,35 faizlə üçüncüdür.
İxracda əsas ölkə İtaliyadır: 22,87 faiz. İdxalda isə Rusiya birincidir: 17,31 faiz.
Hesabata görə, ixracın 7,9 faizi MDB ölkələrinin, 46,4 faizi Avropa İttifaqı ölkələrinin, 45,7 faizi digər ölkələrin payına düşür.
İdxalda MDB-nin payı 26,7 faiz, Avropa İttifaqının payı 21 faiz, digər ölkələrin payı 52,3 faizdir.