• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
Aziz Orucov

Əziz Orucovun işi: bitməkdə olan məhkəmə nə vaxt bitəcək?

  • 13 Noyabr 2017
  • comments
  • Səidə Hüseynova
  • Posted in Xəbər

“Kanal 13” internet televiziyasının direktoru Əziz Orucovun Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən mühakiməsinin nə vaxt davam edəcəyi bəlli deyil.

Jurnalistin noyabrın 10-na təyin edilən məhkəməsi hakimlərdən birinin səhhəti pisləşdiyi üçün baş tutmayıb. Hakim proses öncəsi təcili xəstəxanaya yerləşdirilib. Məhkəmənin nə vaxt davam edəcəyi hələ ki, açıqlanmayıb.

Jurnalistin həyat yoldaşı Lamiyə Orucova noyabrın 13-də Novator.az-a deyib ki, məhkəmə istintaqı yekunlaşmaq üzrədir, bütün şahidlər dindirilib.

Xanımı bildirib ki, Əzizin böyrəyində problem olduğundan təzyiqi arabir narahatlıq yaradır, onu da xalq təbabəti üsuluyla aradan qaldırmağa çalışır: “Heç bir dərmandan istifadə etmir”.

Əziz Orucovun məhkəməsi oktyabrın 10-da başlayıb. Jurnalistin hüquqlarını vəkillər Cavad Cavadov və Əlibaba Rzayev müdafiə edirlər. Proses hakim Mirzə Xankişiyevin sədrliyi ilə aparılır.

Əziz Orucov mayın 2-də polisə müqavimətdə təqsirli bilinərək 30 sutka inzibati həbs cəzası alıb. Sonra ona Cinayət Məcəlləsinin 192.2-ci (qanunsuz sahibkarlıqla külli miqdarda gəlir əldə etmə) və 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb, haqqında həbs qətimkan tədbiri seçilib. İstintaqı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi aparıb.

İstintaq orqanı Əziz Orucovu dövlət qeydiyyatına alınmamış qrant vəsaitlərindən külli miqdarda qanunsuz gəlir əldə etməkdə təqsirli bilir.

Direktorun həbsindən az sonra “Kanal 13” fəaliyyətini dayandırıb.

Büdcə müzakirələrindən fraqmentlər

  • 13 Noyabr 2017
  • comments

Prokuror general Quliyevə və polkovnik Mehdiyevə c...

  • 13 Noyabr 2017
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0

Tags

  • Hüquq
  • Media

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda