Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti bildirir ki, noyabrın 9-u gündüzdən 10-u səhərədək ölkədə yağış yağıb, bəzi yerlərdə leysan xarakterli intensiv olub.
Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 21, Lənkəran-Astara zonasında 52, Böyük Qafqazda 21, Mərkəzi Aran rayonlarında 19, Kiçik Qafqazda 6, Qazax-Gəncə zonasında 11, Naxçıvan Muxtar Respublikasında 16 millimetrə çatıb.