Mərkəzi Bank kredit və əmanətlər üzrə yeni hesabat açıqlayıb. Novator.az-ın məlumatına görə, oktyabrın 1-nə kreditlərin həcmi 11 milyard 984,9 milyon manat, əmanətlərin həcmi 7 milyard 22 milyon manat göstərilir.
Bir ayda kredit portfelində 60,6 milyon manat, əmanətlərdə 126,7 milyon manat artım qeydə alınıb. Sentyabrın 1-nə kreditlərin həcmi 11 milyard 924,3 milyon manat, əmanətlərin həcmi 6 milyard 895,5 milyon manat idi.