• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Milli Şuranın seçki planı nədir?

  • 06 Noyabr 2017
  • comments
  • Səidə Hüseynova
  • Posted in ManşetŞərh

Demokratik Qüvvələrin Milli Şurası mitinqləri davam etdirmək müzakirələri aparır. Bu müxalif qurum sentyabrın 23-ü, oktyabrın 7-si və 28-də Bakının Yasamal rayonundakı İdman-Sağlamlıq Kompleksinin stadionunda mitinqlər keçirib. Aksiyalarda korrupsiyaya, insan hüquqlarının tapdanmasına etiraz ifadə olunub, siyasi məhbusların azadlığa buraxılması tələb edilib.

Noyabrın 6-da Milli Şuranın sədri Cəmil Həsənli Novator.az-a danışıb.

– Oktyabrın 25-də Dövlət Təhlükəsizliyi Xidməti Milli Şuranın 28 oktyabr mitinqinə terror aktı planlayan 3 nəfərin xüsusi əməliyyatda öldürüldüyünü açıqlayıb.

– Terror cəhdi ilə bağlı məlumat ciddi əsaslara söykənmir və bu amil heç bir halda mitinqləri dayandıra bilməz. Dövlət Təhlükəsizliyi Xidmətinin məlumatı Milli Şuranın mitinqlərinə qarşı hazırlanan əməliyyat idi. Məqsəd mitinqlərin kütləviliyini azaltmaq, insanları qorxudub aksiyalara gəlməkdən çəkindirməkdir. Yayılan video-audio materiallar ciddi şəkildə araşdırılmalı, onlara ekspert rəyi alınmalıdır.

İnsanların terror təhlükəsi adı ilə öldürülməsi yolverilməzdir. Ölkədə məhkəmə sistemi varsa, hüquq sistemi işləyirsə, adamın terrorçu olduğu sübuta yetirilməlidir. Belə çıxır ki, istənilən kəsi vurub öldürmək, adını da terrorçu qoymaq olar.

Terror təşəbbüsü ilə bağlı xəbərin yayılmasından nə əvvəl, nə də sonra şəxsən mənə rəsmi və ya fərdi şəkildə heç bir məlumat verilməyib, xəbərdarlıq edilməyib.

– Milli Şura yeni aksiyalar barədə müzakirə aparırmı? Digər müxalif qüvvələrlə birgə aksiya keçirmək ehtimalı varmı?

– Milli Məclis “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanuna, Mülki Prosessual Məcəlləyə və İnzibati Prosessual Məcəlləyə dəyişiklikləri ilk oxunuşda qəbul edib. Məhkəmə çəkişmələrində nümayəndəlik institutunun məhdudlaşması nəzərdə tutulur. Qanun qüvvəyə mindikdən sonra birinci instansiya və apellyasiya məhkəmələrində fiziki şəxsin yalnız yaxın qohumuna qanuni nümayəndə kimi iştirak icazəsi veriləcək. Kassasiya instansiyasında nümayəndənin iştirakı isə tam yasaqlanır.

Hüquqşünasların məhkəmələrə çıxmasına məhdudiyyət minlərlə şəxsin peşə fəaliyyətindən uzaqlaşdırılmasına xidmət edir və insanlar etibarlı hüquqi yardım almaq haqqından məhrum olurlar. Praktik Hüquqşünaslar Qrupunun buna etiraz olaraq mitinq keçirmək barədə məlumatları yayılıb. Hüquqşünaslar etiraz aksiyası keçirərsə, Milli Şura onlara dəstək verəcək. Təşkilatın öz mitinqlərini davam etdirmək məsələsi də müzakirə edilir.

– Milli Şura 2018-ci ilin oktyabr ayında keçiriləcək prezident seçkisinə qatılacaqmı?

– Ölkədə ilk növbədə seçki mühitini dəyişmək, azad, ədalətli, demokratik seçki keçirilməsini təmin etmək lazımdır. Hazırda Milli Şuranın qarşısında duran başlıca məqsəd normal, azad seçkiyə dəlalət edən mühit yaratmaqdır.

Son on il ərzində keçirilən seçkilərin hamısı saxtakarlığın səviyyəsinin ilbəil artdığını göstərir. Avropa məkanında seçkiləri monitorinq etməyə mandatı olan yeganə təşkilat – ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun məlumatına görə, 2008-ci ilin prezident seçkisində saxtakarlığın səviyyəsi 23 faiz, 2010-cu ilin parlament seçkisində 32 faiz, mənim də qatıldığım 2013-cü ilin prezident seçkisində 58 faiz olub. Kütləvi saxtakarlıq halları artan xətlə getdiyi üçün büro 2015-ci ilin parlament seçkisinə müşahidə missiyası göndərmədi.

Töhfə Əzimova

Bahalı şəhərlərin ən bahalısı

  • 06 Noyabr 2017
  • comments
Vergiler Nazirliyi

Vergilər Nazirliyində yeni təyinatlar

  • 06 Noyabr 2017
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

150 ilin adamı – Adil müəllim…

GLOBALS:0

Tags

  • Siyasət

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda