• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Separatçı liderlər həbs edildi

  • 03 Noyabr 2017
  • comments
  • Səidə Hüseynova
  • Posted in Xəbər

İspaniyanın Milli Məhkəmə Palatası Kataloniya hökumətinin üzvü olmuş 8 nəfər haqqında həbs qərarı çıxarıb. Onların arasında prezident Karles Puçdemontun müavini olmuş Oriol Junkeras da var.

Novator.az xatırladır ki, Kataloniya vilayətində oktyabrın 1-də keçirilmiş qanunsuz referenduma qatılanların 90 faizindən çoxu bölgənin müstəqil dövlət elan olunmasına tərəfdar çıxıb. Bu nəticələri əsas tutan Kataloniya parlamenti oktyabrın 27-də müstəqillik qətnaməsi qəbul edib.

Oktyabrın 28-də rəsmi Madrid Kataloniya hökumətini və parlamentini buraxıb, idarəçilik səlahiyyətlərinin mərkəzi orqanlara ötürülməsi, dekabrın 21-də vilayətdə yeni parlament seçkisinin keçirilməsi barədə qərar çıxarılıb.

Prezident Karles Puçdemont da vəzifədən götürülüb, Kataloniyaya rəhbərlik baş nazirin birinci müavini Sorayya Saensə həvalə olunub.

Kataloniya separatçılarının lideri oktyabrın 30-da 4 nəfər müşaviri ilə birgə Belçikanın paytaxtı Brüsselə sığınıb.

Karles Puçdemonta, eləcə də onun hökumətində yer almış bəzi şəxslərə üsyan və qiyam təşkili, dövlət vəsaitini mənimsəmə ittihamları irəli sürülüb. Həmin şəxslər ifadə vermək üçün Milli Məhkəmə Palatasına dəvət olunublar.

Noyabrın 2-də keçmiş hökumətin 9 üzvü, o cümlədən Oriol Junkeras palataya gəliblər. Karles Puçdemont və onun 4 nəfər müşaviri dəvətə baxmayaraq Brüsseldə qalıblar.

Milli Məhkəmə Palatasının hakimi noyabrın 2-də ifadə verməyə gələn 9 nəfərdən 8-nin tutulması barədə qərar çıxarıb, 1 nəfər isə 50 min avro girovla azadlıqda qalacaq.

Karles Puçdemont və onunla Brüsseldə olan 4 müşavir isə beynəlxalq axtarışa verilib.

İlk vəsiqələr

  • 03 Noyabr 2017
  • comments
Hizer Noyert

“Azərbaycanda 10 jurnalistdən 9-na hücum cəzasız q...

  • 03 Noyabr 2017
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda