• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Saakaşvili Miqrasiya Xidmətini məhkəməyə verdi

  • 03 Noyabr 2017
  • comments
  • Səidə Hüseynova
  • Posted in Xəbər

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili Ukraynada qaçqın statusu almaq üçün məhkəməyə üz tutub.

Saakaşvili sığınacaq almaq üçün Miqrasiya Xidmətinin Kiyev vilayəti şöbəsinə oktyabrın 3-də müraciət edib, oktyabrın 24-də imtina cavabı alıb.

Novator.az-ın məlumatına görə, noyabrın 2-də Kiyev İnzibati Məhkəməsinə şikayət ərizəsi ilə müraciət edən Saakaşvili Miqrasiya Xidmətinin qərarını əsassız, qanunazidd  saydığını vurğulayıb. Sabiq prezident hesab edir ki, imtina qərarı onu Gürcüstana mümkün qanunsuz ekstradisiya təhlükəsi ilə qarsı-qarşıya qoyur.

49 yaşlı Saakaşvili 2004-2013-cü illərdə Gürcüstanın prezidenti olub. 2013-cü ildə ölkəsini tərk edib. Gürcüstanda onun haqqında bir neçə cinayət işi qaldırılıb.

2015-ci ildən Ukraynada yaşayan sabiq prezident bu ölkədə vətəndaşlıq alıb, həmin il Odessa vilayətinin qubernatoru təyin edilib.

2015-ci il dekabrın 4-də Saakaşvili Gürcüstan vətəndaşlığından məhrum edilib. Buna əsas kimi Saakaşvilinin başqa ölkənin vətəndaşlığını qəbul etməsi göstərilib.

2016-cı il noyabrın 7-də Saakaşvili Ukrayna prezidenti Pyotr Poroşenkonu korrupsionerləri himayə etməkdə günahlandıraraq Odessa qubernatoru vəzifəsindən istefa verib və noyabrın 10-da postundan azad edilib.

2017-ci il iyulun 25-də Pyotr Poroşenko Saakaşvilini vətəndaşlıqdan çıxarıb. Buna Saakaşvilinin vətəndaşlıq alarkən anketdə həqiqətə uyğun olmayan məlumatlar göstərməsi əsas gətirilib.

Saakaşvili Ukrayna vətəndaşlığından çıxarılması ilə barışmır. O, Yeni Qüvvələr Hərəkatı yaradaraq Ukraynada növbədənkənar parlament seçkisinin keçirilməsini tələb edir.

Son vaxtlar paytaxt Kiyevdə, Ali Radanın önündə keçirilən aksiyalarda Saakaşvili və onun Yeni Qüvvələr Hərəkatının üzvləri də fəal olub. Aksiyalarda Poroşenkonun istefası şüarları səslənib.

Ukrayna hakimiyyətinin yüksək rəsmiləri Saakaşvilini hakimiyyəti güclə ələ keçirmək cəhdində ittiham edir.

Cəhənnəmdən keçmiş mələk (50)

  • 03 Noyabr 2017
  • comments

Fond hərraclarda 2,8 milyard dollar satıb

  • 03 Noyabr 2017
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda