• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Separatçılar məhkəmədən yayınır

  • 02 Noyabr 2017
  • comments
  • Novator.az
  • Posted in Xəbər

Kataloniya separatçılarının lideri, oktyabrın 30-dan Belçikanın paytaxtı Brüsselə sığınan Karles Puçdemont Madriddə yerləşən Milli Məhkəmə Palatasının çağırışına əməl etməyib.

Prokurorluq Karles Puçdemonta, eləcə də onun hökumətində yer almış bəzi şəxslərə üsyan və qiyam təşkili, dövlət vəsaitini mənimsəmə ittihamları irəli sürüb. Həmin şəxslər ifadə vermək üçün noyabrın 2-si və 3-ü üçün Milli Məhkəmə Palatasına dəvət olunublar.

Novator.az-ın məlumatına görə, noyabrın 2-də Kataloniyanın keçmiş hökumətinin 9 üzvü, o cümlədən Karles Puçdemontun müavini olmuş Oriol Junkeras palataya gəliblər. Karles Puçdemont və onun 4 nəfər müşaviri dəvətə baxmayaraq Brüsseldə qalıblar.

Prokurorluğun Milli Məhkəmə Palatasına müraciətində ifadə verməyə gəlməyənlərin tutulması xahişi yer alır.

Kataloniyanın buraxılmış hökumətinin adından yayılmış bəyanatda Karles Puçdemontun və onunla Brüsseldə olan şəxslərin ifadə verməyə gəlməyəcəyi açıqlanıb.

Muxtar Kataloniya vilayətində oktyabrın 1-də keçirilmiş qanunsuz referenduma qatılanların 90 faizindən çoxu bölgənin müstəqil dövlət elan olunmasına tərəfdar çıxıb. Bu nəticələri əsas tutan Kataloniya parlamenti oktyabrın 27-də bölgəni müstəqil dövlət elan edib.

Oktyabrın 28-də rəsmi Madrid Kataloniya hökumətini və parlamentini buraxıb, idarəçilik səlahiyyətlərinin mərkəzi orqanlara ötürülməsi, dekabrın 21-də vilayətdə yeni parlament seçkisinin keçirilməsi barədə qərar çıxarılıb.

Vilayətin başçısı (prezident) Karles Puçdemont da vəzifədən götürülüb, Kataloniyaya rəhbərlik baş nazirin birinci müavini Sorayya Saensə həvalə olunub.

Avakovun oğlu zaminə buraxıldı

  • 02 Noyabr 2017
  • comments

ÜAK yuxarı instansiyaya üz tutdu 

  • 02 Noyabr 2017
  • comments

About author

Novator.az

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda