Neftlə bağlı qərar daha 9 ay uzadıldı
Noyabrın 30-da Vyanada Neft İxrac edən Ölkələr Təşkilatı (OPEK) Nazirlər Şurasının iclası keçirilib. İclasda OPEK+ sazişinin müddətini daha 9 ay, yəni gələn ilin sonunadək uzatmaq qərara alınıb. Məlumatı AZƏRTAC Bloomberght.com-a istinadla yayıb. 2016-cı il noyabrın 30-da OPEK üzrə gündəlik neft has...
Ali Məhkəmə də eyni cür qərar verdi
Noyabrın 30-u Ali Məhkəmədə gənc fəal Qiyas İbrahimov barəsində çıxarılmış hökmdən şikayətə baxılıb. Hakim İnqilab Nəsirovun sədrlik etdiyi prosesdə şikayət təmin edilməyib, aşağı instansiya məhkəməsinin çıxardığı hökm qüvvədə saxlanıb. Qiyas İbrahimov 2016-cı il mayın 10-da tutulub. Oktyabrın 25-də...
Azərbaycanın Şimali Koreya ilə nə münasibəti var?
ABŞ ardıcıl nüvə silahı sınaqları keçirən Şimali Koreya rejimini tam təcrid etməyə çağırıb. BMT Təhlükəsizlik Şurasının 29 noyabr iclasında çıxış edən ABŞ nümayəndəsi Nikki Heyli deyib ki, bütün ölkələr Şimali Koreya ilə əlaqələri, o cümlədən ticarəti tam kəsməlidir: “İxrac və idxal əməliyyatlarını ...
Telefon və internet asılılığı beyni necə dəyişir?
Cənubi Koreyanın bir qrup alimi asılılığın iki yeni formasını – telefon və internet aludəçiliyini araşdırıb. Novator.az-ın məlumatına görə, alimlərin bir neçə il ərzində apardığı tədqiqat göstərib ki, belə asılılığa düçar olanların bəzisinin davranışında narkomanlara xas dəyişiklər baş verir. Belə k...
Ən yaxşı komandir müsabiqəsi
Müdafiə naziri Zakir Həsənovun təsdiq etdiyi döyüş hazırlığı planına əsasən poliqonlarda və təlim mərkəzlərində müxtəlif ixtisaslar üzrə tabor, divizion və onlara bərabər tutulan bölmələrin ən yaxşı komandirlərinin müəyyən edilməsi məqsədilə müsabiqələr keçirilir. Yarışlar çərçivəsində Müdafiə Nazir...
Birgə təlimlərin sayının artırılması müzakirə olunub
Noyabrın 30-da Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Bakıya səfər edən Türkiyə Hərbi Hava Qüvvələrinin komandanı ordu generalı Həsən Küçükakyüzlə görüşüb. Mod.gov.az-ın məlumatına görə, Müdafiə Nazirliyində geniş tərkibdə keçirilən görüşdə Azərbaycanla Türkiyə arasında təhlükəs...
Azərbaycan, Türkiyə, Pakistan bəyannaməsi imzalanıb
Noyabrın 30-da Bakıda Azərbaycan, Türkiyə, Pakistan xarici işlər nazirlərinin birinci üçtərəfli görüşü keçirilib. Nazirlər Elmar Məmmədyarov, Mövlud Çavuşoğlu və Havaca Məhəmməd Asif Bakı bəyannaməsi imzalayıblar. Görüşdən sonra jurnalistlərə açıqlama verən Elmar Məmmədyarov deyib ki, əsasən iqtisad...
Naxçıvandakı qayda ölkənin hər yerində tətbiq olunacaq
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı noyabrın 30-da jurnalistlərlə söhbətində ölkədə dəfn mərasimlərinin və məzarlıqlarla bağlı məsələnin qaydaya salınmasından danışıb. “Report”un xəbərinə görə, Mübariz Qurbanlı deyib ki, “Məzarlıqlar haqqında” qanun layihəsi baxılması ü...
Əfqan Muxtarlının məhkəməsi: bircə vəsatət təmin olunub
Noyabrın 30-da Balakən Rayon Məhkəməsində jurnalist Əfqan Muxtarlının işi üzrə hazırlıq iclası keçirilib. Əfqan Muxtarlı Cinayət Məcəlləsinin 318.1-ci (dövlət sərhədini sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçmə), 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı...
Dekabrın havası
Ekologiya və Təbii Sərvətlər Nazirliyi dekabr ayı üçün hava proqnozunu açıqlayıb. Milli Hidrometeorologiya Departamenti bildirir ki, dekabrda Bakıda və Abşeron yarımadasında orta aylıq temperaturun 6-8 dərəcə isti (gecələr 4-8, bəzi günlərdə 0-2, gündüzlər 8-13, bəzi günlərdə 3-6 dərəcə isti) olacağ...
ABŞ Şimali Koreyanı tam təcrid etməyə çağırdı
ABŞ bütün ölkələri Şimali Koreya ilə əlaqələri tam kəsməyə çağırıb. Novator.az-ın məlumatına görə, noyabrın 29-u BMT Təhlükəsizlik Şurasının iclasında çıxış edən ABŞ nümayəndəsi Nikki Heyli deyib ki, bütün ölkələr Şimali Koreya ilə əlaqələri, o cümlədən ticarəti tam kəsməlidir: “İxrac və idxal əməli...
Elçin Quliyev və Azər Mehdiyevə hökm oxundu
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Antiterror Mərkəzinin rəisi olmuş general-mayor Elçin Quliyev 10 il 6 ay, həmin mərkəzin əməkdaşı olmuş polkovnik Azər Mehdiyev isə 8 il müddətinə azadlıqdan məhrum edilib. Hökm noyabrın 30-da Bakı Hərbi Məhkəməsinin hakimi Elbəy Allahverdiyevin sə...
Ankara və Bakıda Qarabağ müzakirələri
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov noyabrın 30-u Bakıda türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşüb. Rəsmi məlumata görə, görüşdə Dağlıq Qarabağ münaqişəsinə toxunan Elmar Məmmədyarov BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinə zidd olaraq Ermənistan qoşunlarının Azərba...
Azərbaycan Avropa Şurasına nə cavab verib?
Avropa Şurası Azərbaycandan İlqar Məmmədovun işi ilə bağlı rəsmi cavab alıb. Bunu BBC-yə şuranın mətbuat xidmətindən bildiriblər. Ancaq mətbuat xidməti “sənəd məxfi olduğu üçün” daha ətraflı məlumat verməkdən imtina edib. REAL Hərəkatının üzvü Erkin Qədirli Facebook-da paylaşdığı şərhdə iddia edib k...
Dollar son ay ərəfəsində
2017-ci ilin 11 ayında Mərkəzi Bank ABŞ dollarını 7,06 qəpik ucuzlaşdırıb. Noyabrın 30-da dollar banklara 1,7001 manata satılır. Bu, ilin əvvəli ilə müqayisədə 7,06 qəpik aşağı qiymətdir. Yanvar ayı 1,7707 manatla start götürmüşdü. Novator.az ABŞ dollarının rəsmi məzənnəsinin yanvar-noyabr aylarında...
Neft: yeni qiymət, yeni müzakirə
Noyabrın 30-u dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib. AZƏRTAC xəbər verir ki, “AzəriLayt” markalı neftin bir barreli 42 sent ucuzlaşaraq 64,50 dollara düşüb. London birjasında “Brent” markalı neftin bir barrelinin 30 sent bahalaşaraq 63,41 dollara, Nyu-York birjasında “Lay...
Məzənnələrin noyabr nöqtəsi
Noyabrın 30-da Mərkəzi Bank avronun kursunu 2,0147 manatdan 2,0167 manata qaldırıb. Novator.az-ın məlumatına görə, ABŞ dolları və Rusiya rublunun rəsmi məzənnələri dəyişməyib. Dollar banklara 1,7001 manata, rubl 0,0291 manata təklif olunur. Bahalaşan gürcü larisi 0,6268, ingilis funt sterlinqi 2,289...
Snayperlərin toplantısı
Naxçıvan Muxtar Respublikasındakı Əlahiddə Ümumqoşun Ordusunda snayperlərin təlim toplantısı keçirilir. Mod.gov.az-ın məlumatına görə, toplantıda əsas diqqət çətin relyefli və kəskin iqlimli ərazidə fəaliyyət göstərmək üçün şəxsi heyətə yüksək dözüm, təmkin, fiziki hazırlıq aşılanmasına yönəldilib. ...
Kreditlərə zəmanət qaydaları təsdiqləndi
Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Kredit Zəmanət Fondu” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin təmin edilməsinə fərman verib. Bu qurumu dövlət başçısı sentyabrın 15-də yaradıb. ASC sahibkarların müvəkkil banklardan manatla aldıqları kreditlərə təminat verən və prezidentin müəyyən e...
Zəlzələ qurbanlarının sayı 500-ü ötüb
İranın Məhkəmə-Tibb Təşkilatı 12 noyabr zəlzələsi ilə bağlı yeni rəqəmlər açıqlayıb. Novator.az-ın məlumatına görə, noyabrın 29-da yayılan rəsmi açıqlamada zəlzələ qurbanlarının – həlak olanların sayının 505-ə çatdığı bildirilir. Noyabrın 12-si axşam İran-İraq sərhədində baş verən 7,2 ballıq zəlzələ...