• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Qiyamçı lider ölkədən qaçıb

  • 31 Oktyabr 2017
  • comments
  • Səidə Hüseynova
  • Posted in ManşetXəbər

Kataloniya separatçılarının lideri Karles Puçdemont oktyabrın 30-da İspaniyanı tərk edərək Belçikanın paytaxtı Brüsselə sığınıb. Novator.az-ın məlumatına görə, Karles Puçdemontun Barselonadan avtomobillə Fransanın Marsel şəhərinə getdiyi, oradan təyyarə ilə Brüsselə uçduğu açıqlanıb.

Qiyamda təqsirləndiriləcəyi gözlənən Karles Puçdemontun belçikalı vəkil Pol Bekartla müqaviləsinin olduğu bildirilir. İspaniya qanunlarına görə, qiyam 30 il azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Muxtar Kataloniya vilayətində oktyabrın 1-də keçirilmiş qanunsuz referenduma qatılanların çoxu bölgənin müstəqil dövlət elan olunmasına tərəfdar çıxıb. Bu nəticələri əsas tutan Kataloniya parlamenti oktyabrın 27-də bölgəni müstəqil dövlət elan edib.

Oktyabrın 28-də rəsmi Madrid Kataloniya hökumətini və parlamentini buraxıb, idarəçilik səlahiyyətlərinin mərkəzi orqanlara ötürülməsi, dekabrın 21-də vilayətdə yeni parlament seçkisinin keçirilməsi barədə qərar çıxarılıb.

Vilayətin başçısı (prezident) Karles Puçdemont da vəzifədən götürülüb, Kataloniyaya rəhbərlik baş nazirin birinci müavini Sorayya Saensə həvalə olunub.

Karles Puçdemont postunu təhvil vermək, mərkəzi hökumətin qərarlarına tabe olmaq istəmədiyini bəyan edib. Ancaq Kataloniya parlamenti buraxılması ilə barışmaq məcburiyyətində qalıb. Kataloniya hökumətində Karles Puçdemontun müavini olmuş Oriol Junkeras oktyabrın 30-da jurnalistlərə deyib ki, dekabrın 21-nə təyin olunmuş parlament seçkisi müstəqillik ideyasının müdafiəsi imkanıdır. O, Karles Puçdemontun Belçikadan sığınacaq istəyib-istəmədiyi barədə sualı cavabsız qoyub.

Karles Puçdemont 1962-ci ildə doğulub. 16 yaşından, hələ məktəbdə oxuyarkən jurnalistika ilə məşğul olub. Jirona Universitetinə qəbul olunub, anacaq jurnalistikaya görə ali təhsili yarımçıq qoyub. 1981-ci ildən “El Punt” qəzetində çalışıb, baş redaktorluğa qədər yüksəlib, sonralar başqa media quruluşlarında işləyib.

Gənc yaşlarından Kataloniya millətçilərinə qoşulan Karles Puçdemont 2006-cı ildən professional siyasətlə məşğuldur.

2011-ci ildən Jirona şəhərinin meri postunu tutub.

2015-ci ildə bölgənin İspaniyadan ayrılmasının tərəfdarı olan “Birlikdə “hə” koalisiyasından Kataloniya parlamentinin deputatı seçilib. 2016-cı il yanvarın 10-da Kataloniya prezidenti postuna gətirilib.

Akif Chovdarov

Akif Çovdarova və daha 3 nəfərə hökm oxundu

  • 30 Oktyabr 2017
  • comments

Azərbaycan nefti rekordu təzələdi

  • 31 Oktyabr 2017
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
Xəbər

Təhsil statistikası

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Litva: yeni baş nazirə yaşıl işıq

GLOBALS:0
comments
Xəbər

Paytaxtın yarım ili

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Rusiya benzin burulğanında – “Röyter”

GLOBALS:0

Tags

  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Təhsil statistikası

Son materiallar

comments
Xəbər

Təhsil statistikası

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Litva: yeni baş nazirə yaşıl işıq

GLOBALS:0
comments
Xəbər

Paytaxtın yarım ili

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda