Ekologiya və Təbii Sərvətlər Nazirliyi noyabr ayının hava proqnozunu açıqlayıb. Ayrı-ayrı bölgələr üzrə orta temperatur gözləntisi belədir:
Bakıda və Abşeron yarımadasında 10-12 dərəcə isti (gecələr 8-13, gündüzlər 15-20 dərəcə isti, bəzi günlərdə 10 dərəcəyədək isti);
Naxçıvan Muxtar Respublikasında 6-9 dərəcə isti (gecələr 2-7 dərəcə isti, üçüncü ongünlüyün bəzi günlərində 0-5 dərəcə şaxta, gündüzlər 15-20, bəzi günlərdə 5-10 dərəcə isti);
Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən və Gədəbəy rayonlarında 4-7 dərəcə isti (gecələr 2-7 dərəcə isti, üçüncü ongünlüyün bəzi günlərində 0-5 dərəcə şaxta, gündüzlər 9-14, bəzi günlərdə 2-7 dərəcə isti);
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında 8-10 dərəcə isti (gecələr 6-11, bəzi günlərdə 1-3, gündüzlər 13-18, bəzi günlərdə 6-9 dərəcə isti);
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Xızı, Siyəzən, Şabran, Quba, Qusar, Xaçmaz rayonlarında 6-9 dərəcə isti (gecələr 5-10 dərəcə isti, üçüncü ongünlüyün bəzi günlərində 0-5, yüksək dağlıq ərazilərdə 5-10 dərəcə şaxta, gündüzlər 12-17, bəzi günlərdə 3-8 dərəcə isti);
Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında 9-11 dərəcə isti (gecələr 6-11, gündüzlər 15-20 dərəcə isti, bəzi günlərdə 10 dərəcəyədək isti);
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında 7-12 dərəcə isti (gecələr 6-11 dərəcə isti, üçüncü ongünlüyün bəzi günlərində dağlarda 3-8 dərəcə şaxta, gündüzlər 14-19 dərəcə isti, bəzi günlərdə 9 dərəcəyədək isti).