• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Bakı Madridi seçir

  • 30 Oktyabr 2017
  • comments
  • Səidə Hüseynova
  • Posted in ManşetXəbər

Rəsmi Bakı İspaniyanın Kataloniya bölgəsinin özünü müstəqil dövlət elan etməsinə münasibət bildirib. Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib ki, Azərbaycan Respublikası İspaniya Krallığının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir: “Mövcud vəziyyətin İspaniya Krallığının Konstitusiyası və qanunları əsasında sülh yolu ilə həllinin tərəfdarıyıq. Xalqın və mərkəzi hakimiyyətin iradəsinə zidd olaraq ölkənin ərazi bütövlüyünün birtərəfli pozulması cəhdləri qəbuledilməzdir”.

Hikmət Hacıyev əlavə edib ki, Azərbaycan 30 ilə yaxındır separatçılıqdan əziyyət çəkir: “1980-ci illərin sonlarında ermənilərin Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətində (DQMV) başladığı separatizm həmin dövr SSRİ Konstitusiyası və Azərbaycan SSR qanunlarının kobud pozulması ilə müşayiət olunurdu. Bu xüsusda DQMV-də köklü Azərbaycan əhalisinin etnik təmizlənməsi, onlara qarşı zorakılıq və terror əməllərinin törədilməsindən sonra Azərbaycan xalqının iradəsinə zidd olaraq 1991-ci il dekabrın 10-da Dağlıq Qarabağın yalnız erməni icmasının iştirakı ilə regionun müstəqilliyi haqda qanunsuz və qeyri-legitim referendum keçirildi. Azərbaycanın və Ermənistanın müstəqillik əldə etməsi ilə Ermənistan Azərbaycana qarşı açıq müharibəyə başladı və Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və ətraf yeddi rayonunu işğal etdi, işğal edilmiş ərazilərdə köklü Azərbaycan əhalisinə qarşı etnik təmizləmə törətdi. Ermənistanın Azərbaycana qarşı təcavüz və işğalı hələ də davam edir”.

Novator.az xatırladır ki, 1979-cu ildə muxtariyyət almış Kataloniya vilayətində bu il oktyabrın 1-də keçirilmiş referenduma qatılanların çoxu bölgənin müstəqil dövlət elan olunmasına tərəfdar çıxıb.

Referendumun nəticələrini əsas tutan Kataloniya vilayətinin parlamenti oktyabrın 27-də bölgənin müstəqil dövlət elan olunması barədə qətnaməyə səs verib.

Bunun ardınca rəsmi Madrid Kataloniya hökumətini və parlamentini buraxıb, idarəçilik səlahiyyətlərinin mərkəzi orqanlara ötürülməsi, dekabrın 21-də vilayətdə yeni parlament seçkisinin keçirilməsi barədə qərar çıxarılıb.

Kataloniyaya müvəqqəti rəhbərlik baş nazirin müavini Sorayya Saensə həvalə olunub. Ancaq vilayətin başçısı Karles Puçdemont postunu təhvil vermək, mərkəzi hökumətin qərarlarına tabe olmaq istəmir.

Milli Şura mitinq keçirdi və aksiyaları müvəqqəti ...

  • 28 Oktyabr 2017
  • comments

Bərzani postdan getdi

  • 30 Oktyabr 2017
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
comments
Xəbər

Xarici ticarətin dörd ayı

GLOBALS:0

Tags

  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

İllər, qiymətlər

Son materiallar

comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda