• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
Akif Chovdarov

Akif Çovdarova və daha 3 nəfərə hökm oxundu

  • 30 Oktyabr 2017
  • comments
  • Novator.az
  • Posted in Xəbər

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin rəisi olmuş Akif Çovdarovun, həmin baş idarənin 1-ci idarəsinin rəisi işləmiş Səlim Məmmədovun, 2-ci idarənin rəisi olmuş Akif Əliyev və 3-cü idarənin 1-ci şöbəsinin rəis müavini vəzifəsində çalışmış Orxan Osmanovun cinayət işi üzrə Bakı Hərbi Məhkəməsində keçirilən məhkəmə prosesi yekunlaşıb.

Oktyabrın 30-da hakim Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, Akif Çovdarov 12, Səlim Məmmədov 11, Akif Əliyev 5, Orxan Osmanov 4 il müddətinə azadlıqdan məhrum ediliblər.

Dövlət ittihamçısı Akif Çovdarovun 15, Səlim Məmmədovun 12, Akif Əliyevin 9, Orxan Osmanovun 9 il müddətinə azadlıqdan məhrum olunmasını təklif etmişdi.

Bakı Hərbi Məhkəməsi oktyabrın 30-da Akif Çovdarovun general-mayor rütbəsindən məhrum edilməsi üçün ölkə prezidentinə təqdimat göndərilməsi barədə də xüsusi qərar çıxarıb.

Akif Çovdarov və digərləri 2015-ci ilin payızında tutulublar.

Həmin vaxt MTN-də aparılan həbslərdən sonra, ilin sonunda nazirlik ləğv olunub, yerində Dövlət Təhlükəsizliyi Xidməti yaradılıb.

Akif Çovdarov və digərləri Cinayət Məcəlləsinin ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olmaqla qanunsuz azadlıqdan məhrumetmə; mütəşəkkil dəstə tərəfindən külli miqdarda mənimsəmə və israfetmə; qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə; gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma; qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən hədə-qorxu tətbiq olunmaqla külli miqdarda rüşvət alma; vəzifə saxtakarlığı; bir qrup şəxs tərəfindən silah tətbiq olunmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və digər maddələri üzrə təqsirli biliniblər.

APA xəbər verir ki, zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsinin təmin olunması üçün məhkəmə qərarları əsasında təqsirləndirilən şəxslər Akif Çovdarov, Səlim Məmmədov, Akif Əliyev və Orxan Osmanova məxsus ümumilikdə 33 milyon 466 min manat dəyərində əmlak və pul vəsaitlərinin, o cümlədən 8 milyon 967 min manat dəyərində ticarət və xidmət sahələri, istilikxanalar, balıqçılıq təsərrüfatları və sair əmlak kompleksi, torpaq sahələri, 24 milyon 445 min manat dəyərində fərdi yaşayış evləri, mənzillər, nəqliyyat vasitələri və 37 min manat dəyərində zərgərlik məmulatlarının üzərinə həbslər qoyulub.

Prezident İlham Aliyev

“Üç ölkə göstərdi və sübut etdi ki…”

  • 30 Oktyabr 2017
  • comments

Qiyamçı lider ölkədən qaçıb

  • 31 Oktyabr 2017
  • comments

About author

Novator.az

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0

Tags

  • Hüquq

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda