Ukraynada orta maaş nə qədərdir?
- 27 Oktyabr 2017
- comments
- Səidə Hüseynova
- Posted in Xəbər
Ötən ay Ukraynada orta əməkhaqqı 2016-cı ilin sentyabr ayı ilə müqayisədə 17,3% artıb. Novator.az xəbər verir ki, Dövlət Statistika Xidməti oktyabrın 27-də belə hesabat yayıb.
Hesabatda bildirilir ki, sentyabrda orta maaş avqustun göstəricisini 3,3% üstələyərək 7351 qrivnaya (466 manat) çatıb.
2017-ci ilin yanvarında Ukraynada orta əməkhaqqı 6008 qrivna (381 manat) idi.
Novator.az qeyd edir ki, bu ilin 8 ayında Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 524,7 manat olub.