• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Şəkərə tutulan uşaqların sayı 12 faiz artıb

  • 27 Oktyabr 2017
  • comments
  • Səidə Hüseynova
  • Posted in Xəbər

Ölkədə təxminən 242 min şəkərli xəstə qeydiyyata alınıb. AZƏRTAC-ın məlumatına görə, Respublika Endokrinoloji Mərkəzinin həkimi, tibb üzrə fəlsəfə doktoru Nərmin İsmayılova belə deyib. O, şəkərli diabet xəstələrinin 1553-nün uşaq olduğunu vurğulayıb, yanvar-avqust aylarında xəstə uşaqların sayının ötən ilin müvafiq dövrü ilə müqayisədə 12 faiz artdığını bildirib.

Nərmin İsmayılova qeyd edib ki, xəstələrin 73 min nəfəri, o cümlədən 553 uşaq Bakı qeydiyyatındadır: “Göstərilən rəqəmlər qeydiyyatda olan xəstələrin sayıdır. Qeydiyyatda olmayan xəstələr də var. Onlar müxtəlif səbəblərdən mərkəzə müraciət etmir və ya xəstəliklərindən xəbərsizdirlər.

Şəkərli diabet fəsadların yaranması, həyat, o cümlədən yaşama keyfiyyətinin aşağı düşməsi deməkdir. Hazırda bizim əsas məqsədimiz xəstəliyin yaranmasının qarşısını almaqdır. Bütün dünyada ikinci növ diabetdən əziyyət çəkənlər ümumi xəstələrin 90 faizini təşkil edir. İkinci növ diabet anidən yaranmır və orqanizmdə təxminən on il davam edən hansısa prosesin fəsadı olaraq meydana çıxır. Bu səbəbdən də erkən diaqnostika vacibdir.

İkinci ən geniş yayılmış endokrin xəstəliyi qalxanvarı vəzdə olan problemləridir. Azərbaycanın demək olar ki, bütün bölgələri endemik zona olduğu üçün bu xəstələrin də sayı hər gün artmır. Qalxanvarı vəzinin xəstəliklərinə kişilərə nisbətən qadınlarda daha çox rast gəlinir. Bu problemlər özünü daha çox hamiləlik zamanı büruzə verir.

Endokrin xəstəliklər arasında piylənməni də qeyd etmək lazımdır. Piylənmə şəkərli diabet, yumurtalıqların polikistoz sindromu, uşaqlarda inkişafın düzgün getməməsi ilə müşayiət olunan patologiyadır. Xəstəliyin hazırda ən çox rastlanan yaranma səbəbləri kompüter qarşısında işləmək, hərəkətsiz həyat tərzi və fastfood yeməkləridir. Bütün bu amillər çəkinin artmasına səbəb olur”.

Dünyada 242 milyondan çox şəkərli diabet xəstəsi var.

Sahibkarlara kreditlər verilib

  • 27 Oktyabr 2017
  • comments

Ukraynada orta maaş nə qədərdir?

  • 27 Oktyabr 2017
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
Dünyanın səsiXəbər

Litva yeni hökumətə yol alır

GLOBALS:0
comments
Xəbər

Xarici borcun detalları

GLOBALS:0
comments
Dünyanın səsiManşetXəbər

Putin elə həmişə Putin olub – “Şpigel”

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Türkiyənin turizm gəlirləri 7,6 faiz artıb

GLOBALS:0

Tags

  • Səhiyyə

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Litva yeni hökumətə yol alır

Son materiallar

comments
Dünyanın səsiXəbər

Litva yeni hökumətə yol alır

GLOBALS:0
comments
Xəbər

Xarici borcun detalları

GLOBALS:0
comments
Dünyanın səsiManşetXəbər

Putin elə həmişə Putin olub – “Şpigel”

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda