• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

205 azərbaycanlıdan 68-i uğur qazanıb

  • 25 Oktyabr 2017
  • comments
  • Səidə Hüseynova
  • Posted in Xəbər

Gürcüstanda yerli orqanlara oktyabrın 21-də keçirilmiş seçkilərdə 67 azərbaycanlı deputat mandatı qazanıb, 1 nəfər isə Marneuli rayonunun meri seçilib.

AZƏRTAC xəbər verir ki, seçkilərdə mübarizə aparan 205 azərbaycanlının 165-i hakim Gürcü Arzusu – Demokratik Gürcüstan Partiyasının namizədləri olub.

Azərbaycanlıların ən çox yaşadıqları Marneuli rayonunda bələdiyyəyə seçilən 35 nəfərin 19-u azərbaycanlıdır. Mer postunu isə Teymur Abbasov tutub.

Bolnisi rayonunda namizədlər 30 yer uğrunda mübarizə aparıblar. Bu rayonda 11 azərbaycanlı qələbə qazanıb.

Qardabani bələdiyyəsinə seçilən 36 nəfərdən 15-i azərbaycanlıdır.

Dmanisi rayon yerli özünüidarəetmə orqanına seçilən 29 nəfərdən 14-ü azərbaycanlıdır.

Saqareco bələdiyyəsinə 4 nəfər, Laqodexi bələdiyyəsinə isə 1 nəfər azərbaycanlı deputat seçilib.

Azərbaycanlıların yığcam yaşadıqları Telavi rayonunda (Qaracalar kəndi), Tetriçxalo rayonunda (Kosalar), Kaspi rayonunda (Ferma kəndi) 1 azərbaycanlı deputat mandatı qazanıb.

Paytaxt Tbilisi və ikinci ən böyük şəhər Kutaisidə azərbaycanlı namizəd olmayıb.

Novator.az xatırladır ki, oktyabrın 21-də Gürcüstan əhli 5 şəhər və 59 rayon üzrə mer, 64 bələdiyyə üzrə məclis seçkilərinə qatılıb. Marafonda 22 partiya və 5 blok iştirak edib.

58 mer postu hakim partiyaya qismət olub. 1 şəhər və 5 rayonda ikinci tur təyin edilib.

Bələdiyyə məclislərində də çoxluğu Gürcü Arzusu – Demokratik Gürcüstan Partiyası əldə edib.

Hakim Gürcü Arzusu – Demokratik Gürcüstan Partiyası parlamentdəki 150 yerdən 115-nə sahibdir.

Gəncədən turizm açıqlaması

  • 25 Oktyabr 2017
  • comments

Manat həm çəkildi, həm də qabardı

  • 25 Oktyabr 2017
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0

Tags

  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda