• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
Saakashvili

Saakaşvili Ukraynadan çıxarıla bilər

  • 24 Oktyabr 2017
  • comments
  • Novator.az
  • Posted in Xəbər

Ukraynanın Miqrasiya Xidməti Gürcüstanın sabiq prezidenti Mixail Saakaşviliyə qaçqın statusu verməkdən imtina edib. Novator.az-ın məlumatına görə, Ukraynanın baş prokuroru Yuri Lusenko oktyabrın 24-də belə açıqlama verib.

Baş prokuror bildirib ki, indi Kiyevin Saakaşvilini Gürcüstana təhvil vermək və ya onu ölkədən deportasiya etmək hüququ var.

Saakaşvili sığınacaq almaq üçün Miqrasiya Xidmətinə oktyabrın 3-də müraciət etmişdi.

49 yaşlı Saakaşvili 2004-2013-cü illərdə Gürcüstanın prezidenti olub. 2013-cü ildə ölkəsini tərk edib. Gürcüstanda onun haqqında bir neçə cinayət işi qaldırılıb.

2015-ci ildən Ukraynada yaşayan sabiq prezident bu ölkədə vətəndaşlıq alıb, həmin il Odessa vilayətinin qubernatoru təyin edilib.

2015-ci il dekabrın 4-də Saakaşvili Gürcüstan vətəndaşlığından məhrum edilib. Buna əsas kimi Saakaşvilinin başqa ölkənin vətəndaşlığını qəbul etməsi göstərilib.

2016-cı il noyabrın 7-də Saakaşvili Ukrayna prezidenti Pyotr Poroşenkonu korrupsionerləri himayə etməkdə günahlandıraraq Odessa qubernatoru vəzifəsindən istefa verib və noyabrın 10-da postundan azad edilib.

2017-ci il iyulun 25-də Pyotr Poroşenko Saakaşvilini vətəndaşlıqdan çıxarıb. Buna Saakaşvilinin vətəndaşlıq alarkən anketdə həqiqətə uyğun olmayan məlumatlar göstərməsi əsas gətirilib.

Saakaşvili Ukrayna vətəndaşlığından çıxarılması ilə barışmır. O, Yeni Qüvvələr Hərəkatı yaradaraq Ukraynada növbədənkənar parlament seçkisinin keçirilməsini tələb edir.

Son günlər paytaxt Kiyevdə, Ali Radanın önündə keçirilən aksiyalarda Saakaşvili və onun Yeni Qüvvələr Hərəkatının üzvləri də fəal olub. Aksiyalarda deputat toxunulmazlığının ləğvi, seçki qanunvericiliyinə dəyişiklik, antikorrupsiya məhkəməsinin yaradılması tələbləri qoyulub,  Poroşenkonun istefası şüarları səslənib.

Ukrayna hakimiyyətinin yüksək rəsmiləri Saakaşvilini hakimiyyəti güclə ələ keçirmək cəhdində ittiham edir.

Səidə Hüseynova

Azərbaycana idxal rəqəmlərdə

  • 24 Oktyabr 2017
  • comments
REAL

Real olan nədir?

  • 24 Oktyabr 2017
  • comments

About author

Novator.az

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0

Tags

  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda