• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
Turizm

Səyahət neçəyədir? (Yeni statistika)

  • 24 Oktyabr 2017
  • comments
  • Novator.az
  • Posted in ManşetXəbər

Oktyabrın 24-də Dövlət Statistika Komitəsi səyahət agentlikləri və turizm operatorlarının fəaliyyəti haqqında yeni hesabat yayıb. Novator.az-ın məlumatına görə, hesabatda bildirilir ki, 2017-ci ilin yanvar-iyun aylarında agentliklər və operatorların gəlirləri əvvəlki ilin ilk 6 ayı ilə müqayisədə 13,1 faiz artaraq 22,4 milyon manat olub.

6 ayda 29,7 min turistə xidmət göstərilib, bu da əvvəlki ilin eyni dövrünün göstəricisini 6,5 faiz qabaqlayır.

Xidmət göstərilmiş turistlərin 19,9 min nəfəri xarici ölkələrə, 6,3 mini ölkə ərazisində səyahət edən Azərbaycan vətəndaşları, 3,5 min nəfəri Azərbaycana səyahət məqsədilə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərdir.

Səyahət agentliklərinə müraciət edərək yollayış almış, Azərbaycan ərazisində səyahət edən ölkə vətəndaşlarının sayı 37 faiz, Azərbaycana səyahətə gələn xarici ölkə vətəndaşlarının sayı 66,7 faiz artıb, xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayında isə 5,7 faiz azalma qeydə alınıb.

Agentliklər və operatorlar 15 min ədəd turizm yollayışı satıb, bunların 1,1 minini Azərbaycanda səyahət etmək üçün xarici ölkə vətəndaşları, 13,9 minini ölkə vətəndaşları alıb.

Azərbaycan vətəndaşlarının aldığı yollayışların 84,9 faizi xarici ölkələrə, 15,1 faizi ölkə daxilində səyahət etmək üçün nəzərdə tutulub.

Əhaliyə satılmış turizm yollayışlarının ümumi dəyəri 15,9 milyon manat olub, bunun 88,1 faizini xarici ölkələrə getmiş Azərbaycan vətəndaşlarına satılmış yollayışların dəyəri təşkil edib.

Əhaliyə satılmış bir turizm yollayışının orta dəyəri 8,2 faiz artaraq 1059,8 manat, o cümlədən Azərbaycan vətəndaşlarına ölkə ərazisində səyahət etmək üçün satılmış bir yollayışın orta dəyəri 488,3 manat, ölkədən kənarda səyahət etmək üçün 1182 manat, Azərbaycan ərazisində səyahət etmək üçün xarici ölkə vətəndaşlarına satılmış bir yollayışın orta dəyəri isə 812,1 manat olub.

Səyahət agentlikləri və turizm operatorlarının vasitəçiliyi ilə xarici ölkələrdə istirahət etmiş Azərbaycan vətəndaşlarının sayı 20 min nəfər göstərilir. Onların 47,7 faizi Türkiyəyə, 12,7 faizi Birləşmiş Ərəb Əmirliklərinə, 12,4 faizi Rusiyaya, 9,1 faizi İrana, 3 faizi Almaniyaya, 1,6 faizi Gürcüstana, 1,4 faizi İtaliyaya, 1,3 faizi Çexiyaya, 0,7 faizi Ukraynaya, 10,1 faizi digər ölkələrə səyahət edib.

2017-ci ilin birinci yarısında turizm yollayışlarından istifadə etməklə ölkə ərazisində istirahət etmiş Azərbaycan vətəndaşlarının sayı 6,3 min nəfər olub, onların 21,2 faizi İsmayıllıda, 19,3 faizi Qəbələdə, 16,7 faizi Xaçmazda, 12,7 faizi Xəzər rayonunda, 9,7 faizi Qusarda, 5,4 faizi Qubada, 4,5 faizi Qaxda, 10,5 faizi digər bölgələrdə dincəlib.

Serj Sarkisyan

Partiyadakı sözçüsü Sərkisyanın gələcəyindən danış...

  • 23 Oktyabr 2017
  • comments

Məlumat və xəbərdarlıq

  • 24 Oktyabr 2017
  • comments

About author

Novator.az

Son materiallar

comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
comments
Xəbər

Xarici ticarətin dörd ayı

GLOBALS:0

Tags

  • Sosial

Rəylər

Do not miss

comments
Xəbər

İllər, qiymətlər

Son materiallar

comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda