2018-ci ilin dövlət büdcəsinin layihəsində radio, televiziya və nəşriyyat xərclərinə 57 milyon 721 min 175 manat ayrılması nəzərdə tutulur. Novator.az bildirir ki, bu, 2017-ci ilin büdcəsindəki rəqəmdən 639 min 865 manat çoxdur. Bu il büdcədə radio, televiziya və nəşriyyat xərcləri 57 milyon 81 min 310 manatdır.
Layihəyə görə, 2018-ci ilin dövlət büdcəsinin gəlirləri 20 milyard 127 milyon manat proqnozlaşdırılır. Bu, 2017-ci illə müqayisədə 20 faiz çoxdur.
2018-ci ilin dövlət büdcəsinin xərcləri layihədə 20 milyard 905,7 milyon manat göstərilir. Bu, 2017-ci illə müqayisədə 16,5 faiz yuxarı rəqəmdir.
2018-ci ilin dövlət və icmal büdcələri üzrə layihələrin təqdimatı