• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
Keys Klompenhauver

Səfir azərbaycanlı jurnalistlə bağlı baş prokurora müraciət edib

  • 23 Oktyabr 2017
  • comments
  • Novator.az
  • Posted in Xəbər

Niderland Krallığının Kiyevdəki səfiri Keys Yan Rene Klompenhauver azərbaycanlı jurnalist Fikrət Hüseynli ilə bağlı Ukraynanın baş prokuroru Yuri Lusenkoya rəsmi müraciət göndərib.

“Amerikanın səsi” xəbər verir ki, səfirin məktubunda Ukrayna ərazisində tutulan Fikrət Hüseynlinin taleyindən narahatlıq ifadə edilir.

Məktubda bildirilir ki, Fikrət Hüseynli 2008-ci ildə Niderland Krallığından siyasi sığınacaq istəyib, bu hüquq ona verilib, 2013-cü ildə onun Niderland ərazisində oturum hüququ müddətsiz olaraq uzadılıb, 2014-cü ildə isə o, Niderland vətəndaşlığı alıb.

Səfir Keys Klompenhauver baş prokuror Yuri Lusenkoya müraciətində jurnalist Fikrət Hüseynlini Azərbaycana təhvil verməməyə çağırıb. Səfir bildirib ki, Fikrət Hüseynlinin Azərbaycana verilməsi İnsan Hüquqları üzrə Avropa Konvensiyasının 3-cü (işgəncələrin qadağan olunması) maddəsinə ziddir: “Bu ona qarşı zorakılıq riskləri yarada bilər və belə bir addımın atılması hüquqa zidd olar”.

Novator.az xatırladır ki, Niderlandda yaşayan Fikrət Hüseynli oktyabrın 14-də Kiyevin Borispol hava limanında tutulub. O, Ukraynaya bundan bir neçə gün qabaq gəlibmiş. Fikrət Hüseynlini Kiyevdən Almaniyanın Düsseldorf şəhərinə getmək istəyərkən Ukrayna Sərhəd Xidmətinin əməkdaşları saxlayıblar və jurnalisti Borispol hava limanında polis nəzarətinə veriblər.

Fikrət Hüseynli Azərbaycanın İnterpola verdiyi sorğu əsasında saxlanıb. Jurnalistin öz açıqlamasına görə, bir neçə il əvvəl Bakının Nəsimi Rayon Polis İdarəsində ona Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə və dələduzluq ittihamları ilə cinayət işi açılıb.

Oktyabrın 17-də Kiyevin Borispol Rayon Məhkəməsi Fikrət Hüseynli barəsində 18 gün müddətinə həbs qətimkan tədbiri seçib.

41 yaşlı Fikrət Hüseynli vaxtilə “Azadlıq” qəzetinin əməkdaşı olub. 2006-cı il martında o, Bakının Badamdar qəsəbəsi ərazisində naməlum şəxslərin hücumuna məruz qalıb, bıçaqlanıb.

Fikrət Hüseynli Azərbaycanı 2008-ci ilin əvvəlində tərk edib. Həmin vaxtdan Niderland Krallığında yaşayır. 2014-cü ildən bu ölkənin vətəndaşıdır.

Fikrət Hüseynli son vaxtlar xaricdən yaylan “Turan TV” ilə əməkdaşlıq edir. “Turan TV”nin Azerbaycansaati.com saytı Azərbaycan Respublikası ərazisində məhkəmə qərarı ilə bloklanıb.

Vergiler Nazirliyi

Vergilər Nazirliyində təkrar çəkişmələr

  • 23 Oktyabr 2017
  • comments

Milli çempionatlarda durum

  • 23 Oktyabr 2017
  • comments

About author

Novator.az

Son materiallar

comments
Xəbər

2024-2025 mövsümünün qalibi

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0

Tags

  • Hüquq
  • Media

Rəylər

Do not miss

comments
Xəbər

2024-2025 mövsümünün qalibi

Son materiallar

comments
Xəbər

2024-2025 mövsümünün qalibi

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda