• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
Serj Sarkisyan

Partiyadakı sözçüsü Sərkisyanın gələcəyindən danışıb

  • 23 Oktyabr 2017
  • comments
  • Novator.az
  • Posted in Xəbər

Ermənistan Respublika Partiyasının mətbuat katibi, parlament sədrinin müavini Eduard Şarmazanov prezident Serj Sərkisyanın gələcəyi ilə bağlı sualı cavablandırıb.

Novator.az-ın məlumatına görə, “Azatutyun” televiziyasına danışan Şarmazanov deyib: “Serj Sərkisyan bizim komandanın şəksiz lideridir. Biz respublikaçılar üçün bir lider var. 2018-ci ildən sonra da Serj Sərkisyan bizim liderimiz olaraq qalacaq. Hansı statusda? Bunu prezident partiya ilə müzakirə edəcək və 2018-ci ilin aprelindən sonra qərarımızı açıqlayacağıq”.

Şarmazanov bildirib ki, konstitusiya islahatlarından sonra dövləti parlamentdə üstünlük qazanmış siyasi qüvvələr idarə edir. Parlament sədrinin müavini Sərkisyanın baş nazir olub-olmayacağı barədə sualı cavablandırmaqdan yayınıb, sadəcə deyib ki, prezident parlamentdəki siyasi çoxluğun lideridir və bu, şübhə doğurmamalıdır.

Serj Sərkisyan Ermənistan Respublika Partiyasına 2006-cı ildə üzv olub. 2007-ci ilin noyabr ayından isə bu partiyaya sədrlik edir.

2008-ci ildən prezident kürsüsünü tutan Serj Sərkisyanın ikinci səlahiyyət müddəti 2018-ci ilin aprelində başa çatır. Ermənistanda belə bir qənaət var ki, Sərkisyan bundan sonra baş nazir kürsüsündə əyləşəcək.

2015-ci ildə qəbul edilmiş yeni konstitusiya ilə Ermənistan mərhələ-mərhələ parlament respublikası idarə üsuluna keçir. Ana qanuna görə, hökuməti proporsional sistemlə seçilən parlamentdə mandatların yarıdan çoxuna sahib partiya quracaq. 2018-ci ildə Serj Sərkisyanın prezident səlahiyyətləri başa çatandan sonra icra hakimiyyəti və dövlət idarəçiliyi sisteminə ümumi rəhbərliyi hökumət həyata keçirəcək. Yalnız dövlət başçısı funksiyası daşıyan prezidenti isə parlament seçəcək.

Bu ilin martında Serj Sərkisyan gələcək fəaliyyəti ilə bağlı məsələyə toxunaraq deyib ki, başçılıq etdiyi partiya parlament seçkisindən qalib çıxsa, hər hansı bir statusda xalqın təhlükəsizliyi işində rol ala bilər: “Mən bilmirəm bu nə status olacaq. Amma hər hansı bir statusda gərəkli ola biləcəyim dəqiqdir”.

Bu il aprelin 2-də seçilmiş 105 nəfərlik parlamentdə Respublika Partiyasının 58 mandatı var. Onun hökumət ortağı Daşnaksütun Partiyası 7 mandata sahibdir.

Ali bey Azeri

Qurd ağzı (hekayə)

  • 23 Oktyabr 2017
  • comments
Turizm

Səyahət neçəyədir? (Yeni statistika)

  • 24 Oktyabr 2017
  • comments

About author

Novator.az

Son materiallar

comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
comments
Xəbər

Xarici ticarətin dörd ayı

GLOBALS:0

Tags

  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

İllər, qiymətlər

Son materiallar

comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda