• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

“Vətəndaş jurnalistikası” və məsuliyyət: Gəncədə tədbir keçirlib

  • 20 Oktyabr 2017
  • comments
  • Novator.az
  • Posted in Xəbər

Gəncə şəhərində “vətəndaş jurnalistikası” sahəsində fəal olan, sosial şəbəkələrdə aktiv iştirak edən gənclərlə görüş keçirilib.

Oktyabrın 19-da baş tutan tədbir Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “İnternyus Azərbaycan” İctimai Birliyinin reallaşdırdığı “Azərbaycan həqiqətləri uğrunda səfərbər edilmiş media təşəbbüsləri” layihəsi çərçivəsində reallaşdırılıb.

Görüşdə əsasən Gəncənin sosial aktiv gəncləri, “Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin üzvləri, Gəncə Dövlət Universitetinin və yerli kolleclərin tələbələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan “İnternyus Azərbaycan”ın təmsilçisi, jurnalistika üzrə ekspert İsmayıl Vəliyev hərbi jurnalistika meyarları, bu sahədə milli mətbuatımızda formalaşan etik və peşəkarlıq normativlərdən danışıb. O, sosial media fəallarına səslənərək milli maraq və ənənələrin bu yeni media imkanları ilə düzgün uzlaşdırılması probleminə diqqət çəkib.

“Gələcəyə Körpü”nün icraçı direktoru Hüseynxan Hacızadə “İnternyus Azərbaycan”ın kütləvi informasiya sahəsində yüksək təcrübəli peşəkar mütəxəssislərdən ibarət komandaya malik olduğunu deyib, tədbirin mövzusunun aktuallığından söz açıb.

Mövzunu jurnalist və bloqçu Ramid İbrahimov davam etdirib. O, ölkəmizin müharibə vəziyyətində olduğunu xatırladaraq bu reallıqda sosial şəbəkə istifadəçilərinin üzərinə düşən məsuliyyətdən danışıb. Məruzə zamanı o, texniki vəsaitlərdən istifadə edərək, mövzuya dair qanunvericilik müddəalarının izahat və şərhini verib.

Tədbirdə layihə çərçivəsində yaradılan “Əsgər bloqçular” (https://esgerbloqcular.com.az/) bloq səhifəsi də gənclərə təqdim olunub.

Yekunda iştirakçıların sualları cavablandırılıb, onları maraqlandıran məsələlərə əlavə izahatlar verilib.

Həkimlər: “Nəqliyyatda yaşlı adama yer vermək ziya...

  • 20 Oktyabr 2017
  • comments

D-8-i böyütmək təklif olundu

  • 20 Oktyabr 2017
  • comments

About author

Novator.az

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0

Tags

  • Gənclər
  • Media

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda