• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

“Sərhədsiz reportyorlar”dan da Fikrət çağırışı gəldi

  • 18 Oktyabr 2017
  • comments
  • Səidə Hüseynova
  • Posted in Xəbər

Mərkəzi qərargahı Parisdə olan “Sərhədsiz reportyorlar” beynəlxalq media təşkilatı Ukrayna rəsmilərini azərbaycanlı jurnalist Fikrət Hüseynlini azadlığa buraxmağa səsləyib.

Novator.az xatırladır ki, Hollandiyada yaşayan Fikrət Hüseynli oktyabrın 14-də Kiyevin Borispol hava limanında tutulub. O, Ukraynaya bundan bir neçə gün qabaq gəlibmiş. Fikrət Hüseynlini Kiyevdən Almaniyanın Düsseldorf şəhərinə getmək istəyərkən Ukrayna Sərhəd Xidmətinin əməkdaşları saxlayıblar və jurnalisti Borispol hava limanında polis nəzarətinə veriblər.

Məlumatlara görə, Fikrət Hüseynli Azərbaycanın İnterpola verdiyi sorğu əsasında saxlanıb. Jurnalistin öz açıqlamasına görə, bir neçə il əvvəl Bakının Nəsimi Rayon Polis İdarəsində ona Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə və dələduzluq ittihamları ilə cinayət işi açılıb.

Oktyabrın 17-də Borispol Rayon Məhkəməsi Fikrət Hüseynli barəsində 18 gün müddətinə həbs qətimkan tədbiri seçib.

Azadliq.info-nun 18 oktyabr məlumatına görə, “Sərhədsiz reportyorlar” israrla Ukrayna hakimiyyətini Fikrət Hüseynlini dərhal azad etməyə səsləyib, həmçinin repressiv hökumətlərin xaricə qaçan dissidentlərin təqibi üçün axtarış xəttindən sui-istifadə etdiyi İnterpolda təcili islahatlara çağırıb: “Ukrayna Azərbaycanın fərqli düşünənlərin təqibini öz sərhədlərindən kənara yaymaq cəhdlərini dəstəkləməməlidir. Biz siyasi motivli ittihamlar irəli sürülən Fikrət Hüseynlini dərhal azad etməyə çağırırıq. Bu hadisə mühacirətdəki dissidentlərin təqibinə son qoymaq üçün İnterpolun “qırmızı bildirişlər” sistemində islahatlar aparılması zərurətini göstərir”.

41 yaşlı Fikrət Hüseynli vaxtilə “Azadlıq” qəzetinin əməkdaşı olub. 2006-cı il martında o, Bakının Badamdar qəsəbəsi ərazisində naməlum şəxslərin hücumuna məruz qalıb, bıçaqlanıb.

Fikrət Hüseynli Azərbaycanı 2008-ci ilin əvvəlində tərk edib. Həmin vaxtdan Niderland Krallığında yaşayır. Onun bu ölkədə vətəndaşlıq aldığı bildirilir.

Fikrət Hüseynli son vaxtlar xaricdən yaylan “Turan TV” ilə əməkdaşlıq edir. “Turan TV”nin Azerbaycansaati.com saytı Azərbaycan Respublikası ərazisində məhkəmə qərarı ilə bloklanıb.

Ötən gün “Freedom House” beynəlxalq hüquq müdafiə təşkilatı da Fikrət Hüseynlini azadlığa buraxmağa çağırıb.

Tramp kasıblayıb. Ən varlı amerikalıların yeni siy...

  • 18 Oktyabr 2017
  • comments

Avtomobil nömrəsi necə olmalıdır? Standart açıqlan...

  • 18 Oktyabr 2017
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0

Tags

  • Hüquq
  • Media

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda