• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

“Hüquqa qayıdıram. Bu ölkədə siyasət mənlik deyil”

  • 18 Oktyabr 2017
  • comments
  • Səidə Hüseynova
  • Posted in ManşetXəbər

Respublikaçı Alternativ (REAL) Hərəkatının üzvü, hüquqşünas Erkin Qədirli “Facebook” şəbəkəsində açıqlama yayıb. O yazır: “Qapalı siyasi sistemlərdə bütün sahələr, bütün peşələr inkişafdan geri qalır. Texniki sahələrin geriliyi yalnız, ya da əsasən maddi olursa, hüquq, siyasət, sosial, təhsil, elm və başqa oxşar sahələrdə geriliyin özəlliyi hər zaman mənəvi olur. Nəticədə bu peşə sahiblərinin ən iddialı olanları mənəvi fəallığa girişirlər. Mənəvi fəallıqdan yalnız iki yol var: ya insanları daha yaxşı tanıyandan sonra toplumdan küsürsən, ya da siyasiləşirsən.

Birincilərin topluma heç bir faydası ola bilmir. Onlar ya ölkədən gedirlər, ya da ölkədə qalmağı seçsələr, xalqı söyürlər. İkincilər fürsət yaranarsa, uğurlu siyasətçi ola bilərlər, amma öz peşələrinin inkişafına heç bir fayda verə bilməyəcəklər. Niyə? Çünki hüquq, elm, təhsil, sağlamlıq kimi peşələr siyasətdən uzaq olmalıdır.

BDU-da müəllim olduğum illərdə tələbələrimə bunu deyirdim – bir ağılda həm hüququ, həm siyasəti yaşatmaq olmur. Mən siyasətə girəndən sonra keçmiş tələbələrim mənə bu sözlərimi ara-sıra xatırladırlar, yanaşmamda dəyişikliyin olub-olmadığını soruşurlar. Yanaşmamda heç bir dəyişiklik olmayıb. Sözümün üstündə qalıram. Bir ağılda həm hüququ, həm siyasəti yaşatmaq olmur. Öz təcrübəmdə bunu çox aydın gördüm. Siyasətə girəndən özümdən heç xoşum gəlmir. Amma problem xoşluqda deyil. Ağlım başqa cür işləyir – məndən siyasətçi çıxmaz.

Peşəmdən daha çox uzaqlaşmamaq, ona daha çox ziyan vurmamaq üçün yavaş-yavaş siyasətdən dönürəm. Hüquqa qayıdıram. Bu ölkədə siyasət mənlik deyil. REAL-da qalıram – dostlara yardım etmək üçün. Amma REAL-ın qurultayından sonra qurulacaq rəhbər vəzifələrdə olmayacağam”.

2008-ci ildə yaradılmış REAL Hərəkatı partiyaya çevrilmək üzrədir. Oktyabrın 29-na təsis qurultayı təyin olunub.

Nizamnamə layihəsində Respublikaçı Alternativ Partiyasının (qısa adı REAL Partiya olacaq) ali orqanı kimi Məclis nəzərdə tutulub, partiyanın cari fəaliyyətinə isə İdarə Heyəti rəhbərlik edəcək.

Erkin Qədirli 1972-ci ildə Gəncədə anadan olub. 1994-2006-cı illərdə Bakı Dövlət Universitetinin hüquq və beynəlxalq münasibətlər fakültələrində mühazirələr oxuyub.

REAL-ın yaradıcılarındandır.

Hərəkatın 47 yaşlı lideri İlqar Məmmədov 2013-cü il fevralın 4-də, İsmayıllıda hökumət əleyhinə iğtişaşlar (23-24 yanvar 2013-cü il) təşkil etmək ittihamı ilə tutulub, 7 il azadlıqdan məhrumetmə cəzası alıb.

Narkotiklərlə mübarizə: 9 ayın rəqəmləri

  • 18 Oktyabr 2017
  • comments

Şahbaz Quliyevin vəziyyəti barədə yeni məlumat

  • 18 Oktyabr 2017
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0

Tags

  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda