• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Ev alan jurnalistlərlə görüş keçiriləcək

  • 18 Oktyabr 2017
  • comments
  • Səidə Hüseynova
  • Posted in ManşetXəbər

Bakının Bibiheybət qəsəbəsində jurnalistlər üçün tikilmiş yeni binadan mənzil almış şəxslərlə görüş keçiriləcək. Novator.az-a açıqlama verən “Jurnalist evi” MMC-nin direktoru Bünyamin İsmayılov deyib ki, görüşdə mənzillərin bağışlanması müqavilələri bağlanacaq.

Görüşün harada keçiriləcəyinə gəlincə, Bünyamin İsmayılov bildirib ki, bu, rəhbərliyin göstərişindən asılıdır: “Görüş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunda (Mətbuat prospekti, 529-cu məhəllə) və ya yeni binanın özündə keçirilə bilər. Bu, rəhbərliyin göstərişi ilə həll olunacaq”.

Görüşün nə vaxt keçiriləcəyi hələ bilinmir. Məsələ konkretləşəndə tarix açıqlanacaq.

Yeni jurnalist binasının açılışı iyulun 20-də olub. Binada 255 mənzil var.

Bünyamin İsmayılov deyib ki, bütün təmir işləri, müxtəlif təşkilatlarla aparılan sənədləşmə prosesi yekunlaşıb və bina istifadəyə hazır vəziyyətdədir: “Bircə qaz xəttinin ümumi şəbəkəyə qoşulması qalır. Bunun üçün mənzillərin heç olmasa yarısında yaşayış olmalıdır”.

156 mənzilli ilk bina 4 il əvvəl media işçilərinə təqdim olunub.

Hər iki yaşayış binası prezident İlham Əliyevin sərəncamları ilə dövlət vəsaiti hesabına inşa edilib. Mənzillər jurnalistlərə pulsuz verilir.

Dövlət başçısının kütləvi informasiya vasitələri əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsinə dair iyulun 19-da imzaladığı sərəncama əsasən Bibiheybət qəsəbəsində jurnalistlər üçün daha bir yaşayış binası tikilir.

“Freedom House” Fikrət Hüseynlini azadlığa buraxma...

  • 18 Oktyabr 2017
  • comments

Qarabağ separatçılarının sponsoru öldü

  • 18 Oktyabr 2017
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
Xəbər

Ölümün yaşı (Rəsmi statistika)

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Dünyanı zəbt eləyən yumşaq güc

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Tbilisidə ev neçəyədir?

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetXəbər

Fələstinə dəstəyin cəzası var

GLOBALS:0

Tags

  • Media

Rəylər

Do not miss

comments
Xəbər

Ölümün yaşı (Rəsmi statistika)

Son materiallar

comments
Xəbər

Ölümün yaşı (Rəsmi statistika)

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Dünyanı zəbt eləyən yumşaq güc

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Tbilisidə ev neçəyədir?

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda