Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti bildirir ki, oktyabrın 16-sı gündüzdən 17-si səhərədək ölkədə kəskin hava şəraiti hökm sürüb, şimşək çaxıb, arabir yağış yağıb, bəzi yerlərdə leysan xarakterli intensiv olub, yüksək dağlıq ərazilərə qar düşüb. Şimal-qərb küləyi əsib, bəzi rayonlarda, Abşeron yarımasında və Abşeron dəniz rayonunda arabir güclənib.
Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 15, Lənkəran-Astara zonasında 14, Böyük Qafqazda 13, Mərkəzi Aran rayonlarında 8, Kiçik Qafqazda 6, Qazax-Gəncə zonasında 4, Naxçıvan Muxtar Respublikasında 6 millimetrə çatıb.
Qarın qalınlığı Qırızda 9, Xınalıq və Şahdağda 4 santimetr olub.