Oktyabrın 17-də Azərbaycan neftinin bir barrelinin qiyməti 59 dollara yaxınlaşıb. AZƏRTAC xəbər verir ki, “AzəriLayt” markalı neftin bir barreli 57 sent bahalaşaraq 58,94 dollar olub.
Nyu-York birjasında “Layt” markalı neftin bir barreli 51,78 dollara, London birjasında “Brent” markalı neftin bir barreli 57,81 dollara satılır.
Azərbaycanın 2017-ci il büdcəsində neftin qiyməti 40 dollar hesablanıb. Novator.az bildirir ki, yanvarın əvvəlində “AzəriLayt” 55,97 dollara, fevralın əvvəlində 56,79 dollara, martın əvvəlində 56,68 dollara təklif olunub.
Aprel 53,62 dollarla, may 53,04 dollarla, iyun 51,01 dollarla, iyul 48,57 dollarla, avqust 53,60 dollarla, sentyabr 54,55 dollarla, oktyabr 57,51 dollarla start götürüb.
İl ərzində ən yüksək qiymət sentyabrın 26-da qeydə alınıb: 60,51 dollar.