• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Axtaran nə tapır?

  • 17 Oktyabr 2017
  • comments
  • Səidə Hüseynova
  • Posted in AktualManşetŞərh

Novator.az internetdə axtarış sistemi əməliyyatları məsələsinə nəzər salıb. Hazırda dünyanın lider axtarış sistemi Google.com portalıdır. 1997-ci ildə yaradılmış portal 200-dən artıq dildə xidmət göstərir.

Hər bir internet resursunun daxili axtarış sistemi də var. Azərbaycanın populyar Musavat.com saytında arxivdəki informasiyanı yalnız başlığa görə tapmaq mümkündür. Bunun üçün açar söz dəqiq yazılmalıdır. Saytın istifadə etdiyi axtarış sistemi ilə mətndəki sözə görə seçim mümkün deyil.

Rəsmi dövlət agentliyi AZƏRTAC-ın saytında (Azertag.az) sistem fərqlidir. Portalda dəqiq ifadə ilə axtarış materialları tarixi ardıcıllığa görə sıralayır. Oxucuya bölmələr üzrə, tarix üzrə, bütün sözlərə görə axtarış imkanları da təklif edilir.

Azertag.az-ın proqramçısı Fuad Qədirli Novator.az-a bildirib ki, AZƏRTAC-ın imkanları “Google” axtarış sisteminin imkanlarına uyğunlaşdırılıb və daim inkişaf etdirilir: “Axtarış sistemləri sürətlə öz tələblərini dəyişdiyi üçün onların parametrlərinə cavab verməyə çalışırıq. Belə olmasa, yaydığımız informasiyaları axtarış sistemləri görməyəcək və çıxarmayacaq. Əgər sayt öz məhsulunun ilk onluğa düşməsini istəyirsə, yeniliklərlə ayaqlaşmalıdır”.

Daxili axtarışa gəldikdə, Azertag.az-ın mütəxəssisi özlərinin təklif etdikləri imkanların münasib olduğunu bildirir: “Dəqiq olaraq hansı funksiyadan istifadə etdiyimizi açıqlamaq istəmirəm. Bu, sırf AZƏRTAC üçün yazılıb və “Google” sisteminə maksimum uyğunlaşdırılıb.

Saytdan sayta fərq var, hər kəs portalın məqsədinə görə hərəkət edir. Reklam xarakterli fəaliyyət, gəlir əldə etmək üçün yaradılan sayt, təbii ki, axtarış sisteminin vəziyyətinə, “CEO optimallaşdırma”ya nəzarət yetirməyə, bu sahəni diqqətdə saxlamağa maraqlıdır. Amma nəyinsə xətrinə yaradılan saytları əksər halda heç bir axtarış sistemi görmür, tapmır, onların çoxunda heç daxili axtarış sistemi də işləmir”.

Novator.az-a danışan kompüter mühəndisi, proqramçı Vahid Qasımov bildirib ki, saytlarda axtarış sistemi ilk növbədə proqramçının işindən və portalın maliyyə vəziyyətindən asılıdır: “İnvestisiya olmadan keyfiyyətli iş ortaya qoymaq mümkün deyil. Davamlı şəkildə inkişaf olmalıdır. Sayt ildə bir dəfə yenilənməlidir. Bizdə sayt qurub pul qazanmaq istəyi üstündür, keyfiyyətli iş ortaya çıxarmaq haqqında düşünən isə azdır. Sistem administratoru, ya da proqramçı saxlayan sayta çox az rast gəlmək olur. Bir qayda olaraq sayt qurulur, bununla da iş bitmiş hesab edilir”.

Vahid Qasımovun dediyinə görə, yerli məkanda daha çox “relevant” üsuldan (birbaşa mövzuya aid axtarış) istifadə edilir: “Ən yaxşısı isə “Google” sisteminin işlədiyi hərtərəfli axtarış sistemi olan “evristic search” sistemidir. Bunun üzərində proqramçılar il yarım-iki il işləyir və qiyməti də ən azı 50-60 min ABŞ dollarıdır. Bu məbləği ödəyə bilən yerli sayt varmı? Çətin”.

Töhfə Əzimova

Evi kim dolandırmalıdır? (Sorğunun nəticələri)

  • 17 Oktyabr 2017
  • comments

Qanunsuz ova qarşı reydlər

  • 17 Oktyabr 2017
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiŞərh

ABŞ aqrar təcavüzə məruz qaldığını bildirir

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

GLOBALS:0

Tags

  • Media
  • Texnologiya

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiŞərh

ABŞ aqrar təcavüzə məruz qaldığını bildirir

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda