• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
Araz Alizade

Araz Əlizadə yenidən partiya sədri seçildi

  • 17 Oktyabr 2017
  • comments
  • Novator.az
  • Posted in ManşetXəbər

Oktyabrın 15-də Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) XIII qurultayı keçirilib.

Partiyanın mətbuat xidmətindən Novator.az-a verilən məlumata görə, qurultayda hesabat dövrü ərzində ASDP-nin fəaliyyəti müzakirə olunub və mərkəzi orqanlara seçki keçirilib.

Araz Əlizadə yenidən ASDP-nin sədri seçilib.

Təhməz Məmmədov təşkilat məsələləri, Səməd  Əlizadə beynəlxalq məsələlər üzrə sədr müavini postlarını tutublar.

Partiya sədrinin müavini postuna daha iki şəxs seçilib: Qadın Sosial Demokrat Təşkilatının sədri Günel Babayeva və Sosial Demokrat Gənclər Təşkilatının sədri Cavanşir Əsədov.

ASDP Mərkəzi Komitəsi 11 nəfərdən ibarət tərkibdə formalaşdırılıb.

Araz Əlizadə 1951-ci ildə Bakı şəhərində doğulub. 1974-cü ildə indiki Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsini bitirib. 1975-1976-cı illərdə Əfqanıstanda tərcüməçi işləyib. 1979-cu ildən Ukrayna Elmlər Akademiyasının Tarix İnstitutunda kiçik elmi işçi olub, eləcə də Kiyev Xarici Dillər Pedaqoji İnstitutunda dərs deyib.

O, 1985-ci ildə siyasi baxışlarına görə mühakimə olunub. 1987-ci ildə Bakıya qayıdıb. 1989-cu ildən Azərbaycan Sosial Demokrat Partiyasına liderlik edir. 1991-1995-ci illərdə Azərbaycan Ali Sovetinin deputatı olub. 2015-ci ildə Milli Məclisin deputatı seçilib.

Təhməz Məmmədov 1947-ci ildə anadan olub. 1972-ci ildə indiki Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini, 1987-ci ildə Bakı Ali Partiya Məktəbini (hazırda Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası) bitirib.

Səməd Əlizadə 1988-ci ildə anadan olub. 2009-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetinin maliyyə-kredit fakültəsini bitirib. Daha sonra Qərb Universitetində bank işi ixtisası üzrə magistratura təhsili alıb. Hazırda Qərb Universitetinin dissertantıdır.

Günel Babayeva 1987-ci ildə anadan olub. 2008-ci ildə Bakı Dövlət Universitetinin psixologiya fakültəsini bitirib.

Cavanşir Əsədov 1996-cı ildə anadan olub. 2017-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin biznesin idarə olunması fakültəsini bitirib. Hazırda Azərbaycan Dövlət Neft və Sənaye Universitetində sənayenin təşkili və idarə edilməsi ixtisası üzrə magistr təhsili alır.

Novruz Mammadov

Sərkisyana cavab: “Yuxusu çin olmayacaq”

  • 17 Oktyabr 2017
  • comments
Xulya Ceferova

Sinif yoldaşları (10)

  • 17 Oktyabr 2017
  • comments

About author

Novator.az

Son materiallar

comments
Xəbər

Çempionlar Liqasının komandaları

GLOBALS:0
comments
Xəbər

Bank statistikası

GLOBALS:0
comments
Xəbər

Əfv sərəncamı

GLOBALS:0
comments
Xəbər

Yeni mövsümə 237 komanda buraxılır

GLOBALS:0

Tags

  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Çempionlar Liqasının komandaları

Son materiallar

comments
Xəbər

Çempionlar Liqasının komandaları

GLOBALS:0
comments
Xəbər

Bank statistikası

GLOBALS:0
comments
Xəbər

Əfv sərəncamı

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda