Oktyabrın 16-dan “Yeni Müsavat” qəzeti bazar ertəsi sayını bərpa edib. Novator.az-ın məlumatına görə, bu gündən qəzet yenə həftədə 6 dəfə çıxacaq.
“Yeni Müsavat” dövriliyini bu il iyulun 10-da azaltmışdı. Bazar ertəsi sayı ixtisar olunandan bəri qəzet ikinci, üçüncü, dördüncü, beşinci, altıncı günlər işıq üzü görürdü.
2014-cü ilin iyul ayınadək “Yeni Müsavat” həftədə 7 dəfə çıxıb. O vaxt yayım şəbəkəsində yaranan problemlər üzündən bazar sayı ləğv olunub.