Dövlət Neft Şirkəti (SOCAR) aylıq hesabat yayıb. Rəsmi məlumata görə, şirkət sentyabr ayında dövlət büdcəsinə 117 milyon 330 min manat vəsait ödəyib.
Yanvar-sentyabr aylarında büdcəyə 1 milyard 165 milyon 678 min manat vəsait köçürüldüyü, bu göstəricinin 2016-cı ilin müvafiq dövrünə nisbətən 13,7 faiz çox olduğu bildirilir.
SOCAR qeyd edir ki, sentyabr ayında Dövlət Sosial Müdafiə Fonduna 12 milyon 600 min manat, 9 ayda isə 112 milyon 426 min manat ödənib.
DSMF-yə 9 aylıq ödəniş 2016-cı ilin analoji dövrü ilə müqayisədə 4,9 faiz çoxdur.