• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

22-ci görüşün yeri bilindi

  • 13 Oktyabr 2017
  • comments
  • Səidə Hüseynova
  • Posted in ManşetXəbər

Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyevlə Serj Sərkisyanın 2017-ci ildə ilk görüşü gələn həftə İsveçrənin Cenevrə şəhərində olacaq. Novator.az-ın məlumatına görə, bunu hakim Ermənistan Respublika Partiyası sədrinin müavini, parlamentin xarici əlaqələr komissiyasının başçısı Armen Aşotyan bəyan edib.

Armen Aşotyan deyib ki, görüş məsələsi oktyabrın 12-si Respublika Partiyasının icra orqanının toplantısında qurumun sədri, dövlət başçısı Serj Sərkisyanla müzakirə olunub. Onun sözlərinə görə, görüş razılaşması ATƏT-in Minsk qrupunun Fransa, Rusiya, ABŞ-dan olan həmsədrləri və ATƏT sədrinin xüsusi nümayəndəsinin ötən həftə Yerevanda və Bakıda apardığı danışıqlarda əldə edilib.

1988-ci ildə başlayan Qarabağ müharibəsində Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan, Cəbrayıl, Füzuli, Ağdam rayonlarını, eləcə də Qazax rayonunun 7, Naxçıvan Muxtar Respublikasının 1 kəndini işğal edib. 1994-cü ildə elan olunan atəşkəsdən bəri sülh danışıqları heç bir nəticə vermir.

Hazırda sülh danışıqları Madrid prinsipləri əsasında aparılır. Minsk qrupu həmsədrlərinin 2007-ci ildə Madriddə irəli sürdüyü prinsiplər Dağlıq Qarabağ ətrafında olan rayonların mərhələlərlə Azərbaycanın nəzarətinə qaytarılması şərti ilə bölgənin yekun statusunun müəyyənləşməsini nəzərdə tutur.

1998-ci ildən bəri Azərbaycan və Ermənistan prezidentləri 53 görüş keçiriblər. Bunun 23-ü Heydər Əliyevlə Robert Köçəryanın görüşləri, 9-u İlham Əliyevlə Robert Köçəryanın görüşləri, 21-i İlham Əliyevlə Serj Sərkisyanın görüşləridir.

İlham Əliyevlə Serj Sərkisyan ilk dəfə 2008-ci ilin iyun ayında, sonuncu dəfə 2016-cı ilin iyun ayında bir araya gəliblər:

5 iyun 2008-ci il – Sankt-Peterburq, Rusiya

2 noyabr 2008-ci il – Moskva, Rusiya

28 yanvar 2009-cu il – Sürix, İsveçrə

7 may 2009-cu il – Praqa, Çexiya

4 iyun 2009-cu il – Sankt-Peterburq

17-18 iyul 2009-cu il – Moskva

8-9 oktyabr 2009-cu il – Kişinyov, Moldova

22 noyabr 2009-cu il – Münhen, Almaniya

25 yanvar 2010-cu il – Soçi, Rusiya

17 iyun 2010-cu il – Sankt-Peterburq

27 oktyabr 2010-cu il – Həştərxan, Rusiya

5 mart 2011-ci il – Soçi

24 iyun 2011-ci il – Kazan, Rusiya

25 yanvar 2012-cu il – Soçi

19 noyabr 2013-cü il – Vyana, Avstriya

10 avqust 2014-cü il – Soçi

4 sentyabr 2014-cü il – Nyu-Port, Uels

27 oktyabr 2014-cü il – Paris, Fransa

19 dekabr 2015-ci il – Bern, İsveçrə

16 may 2016-cı il – Vyana

20 iyun 2016-cı il – Sankt-Peterburq.

Azərbaycanın raket və artilleriya birləşmələri döy...

  • 12 Oktyabr 2017
  • comments

Rublda yüksəliş

  • 13 Oktyabr 2017
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
Xəbər

Beşlikdə son nöqtə

GLOBALS:0
comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0

Tags

  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Beşlikdə son nöqtə

Son materiallar

comments
Xəbər

Beşlikdə son nöqtə

GLOBALS:0
comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda