• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
Afqan Muxtarli

Əfqan Muxtarlı qaçmaq fikrində olmadığını desə də…

  • 13 Oktyabr 2017
  • comments
  • Novator.az
  • Posted in Xəbər

Jurnalist Əfqan Muxtarlı barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti dekabrın 20-dək uzadılıb.

Novator.az xəbər verir ki, qərar oktyabrın 13-də Nəsimi Rayon Məhkəməsində istintaq orqanının təqdimatı əsasında çıxarılıb.

Jurnalistin vəkil Elçin Sadıqov bildirib ki, qərardan apellyasiya şikayəti veriləcək.

Vəkilin sözlərinə görə, Əfqan Muxtarlı məhkəmədə istintaq orqanının həbs qətimkan tədbirinin müddətini uzatmaq istəyinə etiraz edərək deyib ki, onun heç yerə qaçmaq fikri yoxdur, sona qədər ölkədə qalıb təqsirsizliyini sübuta yetirmək, onu Gürcüstandan oğurlayıb Azərbaycana gətirən vəzifəli şəxslərin məsuliyyətə cəlb edilməsinə nail olmaq niyyətindədir.

Vəkil ürək ağrılarından, təzyiqdən, şəkər xəstəliyindən əziyyət çəkən jurnalistin səhhətindəki problemlərin aradan qalxmadığını da vurğulayıb.

Əfqan Muxtarlı son illər ailəsi ilə birgə Gürcüstanın paytaxtı Tbilisidə yaşayıb. O, 2017-ci il may ayının 31-də tutulub. Azərbaycanın Baş Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi jurnalisti Cinayət Məcəlləsinin 318.1-ci (dövlət sərhədini sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçmə), 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) və 206.1-ci (qaçaqmalçılıq) maddələri ilə ittiham edir.

Əfqan Muxtarlı bildirir ki, o, mayın 29-da Tbilisidə tutularaq Bakıya gətirilib. Müdafiəçiləri və ailə üzvləri də bunu təsdiqləyirlər. Ancaq Azərbaycanın rəsmi qurumları bəyan edir ki, Əfqan Muxtarlı Gürcüstandan Azərbaycana qanunsuz keçdikdən sonra qaçmaq istəyib, Dövlət Sərhəd Xidmətinin əməkdaşlarının qanuni tələbinə tabe olmayaraq onlara zor tətbiq etməklə müqavimət göstərib və jurnalistin üstündən 10 min avro məbləğində nağd pul tapılıb.

Həbsdə olduğu vaxt Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi Əfqan Muxtarlının vergi qeydiyyatına alındığı dövrdən sonrakı fəaliyyətinin yoxlanması barədə qərar çıxarıb. Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti həmin qərar əsasında səyyar vergi yoxlaması keçirib. Nəticədə Əfqan Muxtarlıya 110 manat 95 qəpik əlavə vergi hesablanıb.

Oktyabrın 11-də Əfqan Muxtarlının həyat yoldaşı Leyla Mustafayeva 4 yaşlı qızı Nurayla birgə Gürcüstanı tərk edərək Almaniyaya pənah aparıb. Onlar hazırda Berlin şəhərində yaşayırlar. Leyla Mustafayeva yaxın vaxtda Almaniya hökumətindən sığınacaq istəyəcəyini bəyan edib. O, Gürcüstanı tərk etməsinin səbəbini həmin ölkədə özünü təhlükəsiz duymaması və izlənməsi ilə əlaqələndirib.

Əfqan Muxtarlı 1974-cü ildə Zaqatalanın Aşağı Tala kəndində doğulub. 5 il Azərbaycanın Silahlı Qüvvələrində xidmət edib, Qarabağ müharibəsi veteranıdır, Şuşada, Laçında, başqa bölgələrdə döyüşlərin iştirakçısı olub. 1992-ci ilin may ayında Laçının müdafiəsi zamanı yaralanıb.

Turan agentliyi

“Turan”ın iki iddiasından biri üzrə qərar verildi

  • 13 Oktyabr 2017
  • comments

Naxçıvana 1450 kilometrlik yol açıla bilər

  • 13 Oktyabr 2017
  • comments

About author

Novator.az

Son materiallar

comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
comments
Xəbər

Xarici ticarətin dörd ayı

GLOBALS:0

Tags

  • Hüquq
  • Media

Rəylər

Do not miss

comments
Xəbər

İllər, qiymətlər

Son materiallar

comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda