• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Poroşenko Krımı satmaq təklifinə cavab verdi

  • 11 Oktyabr 2017
  • comments
  • Səidə Hüseynova
  • Posted in ManşetXəbər

Ukrayna prezidenti Pyotr Poroşenko oktyabrın 11-i Strasburqda, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sessiyasında çıxış edib. Novator.az-ın məlumatına görə, dövlət başçısı Ukrayna ərazilərinin işğalı məsələsinə də toxunub. O, Rusiyanın beynəlxalq hüququ pozduğunu və bu bəd əməlindən geri durmaq istəmədiyini deyib.

Pyotr Poroşenko ad çəkmədən Çexiya prezidenti Miloş Zemana sərt cavab verib. O deyib ki, Krım məsələsindən bitmiş məsələ kimi danışmağı qəti şəkildə qəbul etmir.

Dövlət başçısı AŞPA tribunasının ərazilərin alğı-satqısı tribunası olmadığını vurğulayıb: “Bu tribuna bizim dəyərlərin, prinsiplərin müdafiəsi üçün qurulub. İndi həmin dəyərlərin müdafiəsinə ciddi ehtiyac var”.

Prezident AŞPA-nı işğal olunmuş torpaqların azad edilməsi və insan haqlarının qorunması işində səyləri artırmağa çağırıb. O, Ukraynanın işğal olunmuş Krım və Donbas bölgələrində insan hüquqlarının qorunmasına diqqət göstərməyə səsləyib.

Novator.az xatırladır ki, Çexiya prezidenti Miloş Zeman AŞPA-nın 10 oktyabr iclasında Krımın işğalı məsələsinə toxunub. Dövlət başçısı Rusiyanın Krımı ilhaq etməsinin qanunsuz olduğunu vurğulayıb, ancaq bununla barışmağa çağırıb: “Krım ilhaq olunub, bu şübhə doğurmur. Ancaq bu məsələ bitmiş məsələdir”.

Miloş Zeman Krım məsələsinin həllini Rusiyanın Ukraynaya təzminat ödəməsində gördüyünü deyib. O qeyd edib ki, Ukraynanın təzminata razılaşmaması, Krımı qaytarmağa cəhd göstərməsi Avropada müharibəyə gətirə bilər: “Biz bu müharibəyə yol verməməliyik”.

Rusiya Ukraynanın Krım yarımadasını 2014-cü ildə işğal edərək özünə birləşdirib. Moskva Donbas bölgəsinin bir hissəsini zəbt etmiş separatçı rejimləri də dəstəkləyir.

Kataloniyanın muxtariyyəti dayandırıla bilər

  • 11 Oktyabr 2017
  • comments

Soçidə sammit

  • 11 Oktyabr 2017
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
ManşetTribunaYazarlar

İllərin sınağı…

GLOBALS:0
comments
ManşetXəbər

Eldar Həsənov – 70

GLOBALS:0
comments
ManşetXəbər

Övladları Eldar Həsənova birgə məktub yazıblar

GLOBALS:0
comments
Xəbər

“Avroviziya 2026”ya hə demiş ölkələr

GLOBALS:0

Tags

  • Siyasət

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

İllərin sınağı…

Son materiallar

comments
ManşetTribunaYazarlar

İllərin sınağı…

GLOBALS:0
comments
ManşetXəbər

Eldar Həsənov – 70

GLOBALS:0
comments
ManşetXəbər

Övladları Eldar Həsənova birgə məktub yazıblar

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda