• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Polad Bülbüloğlu: “Zəruri olan hər şeyi etmişəm”

  • 11 Oktyabr 2017
  • comments
  • Səidə Hüseynova
  • Posted in ManşetXəbər

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu BMT-nin elm, təhsil və mədəniyyət qurumu olan YUNESKO-nun baş direktoru postuna seçkidən çəkilib. O, bəyanatında ölkədən namizəd irəli sürüldüyü üçün hökumətə, prezident İlham Əliyevə minnətdar olduğunu vurğulayıb: “Seçkilərə qədər olan çox qısa vaxt ərzində biz intensiv seçkiqabağı kampaniya təşkil etdik. Bu çətin işdə mənə göstərilən dəstəyə görə hər kəsə təşəkkür edirəm.

YUNESKO-nun İcraiyyə Şurasının üzv ölkələrinə çoxsaylı səfərlər təşkil edildi, onlarca görüş, çıxış və təqdimat keçirildi, beynəlxalq nəşrlərdə məqalələr dərc olundu, burada Azərbaycan Respublikasının namizədinin YUNESKO-nun gündəliyi və təşkilatın gələcək fəaliyyəti üçün mühüm əhəmiyyət daşıyan, böyük diqqət və dəstəklə qarşılanan məsələlər üzrə mövqeyi işıqlandırıldı.

Seçkiqabağı kampaniyanın gedişində YUNESKO-nun İcraiyyə Şurasının bir çox üzvlərinin ifadə etdiyi dəstək bizim uğur qazanmağa ümid bağlamağımıza əsas verdi.

Lakin qələbə üçün lazım olan 30 səs uğrunda yüksək rəqabətli mübarizədə Azərbaycanla yanaşı Çin, Fransa, Misir kimi böyük dövlətlər, ümumilikdə 8 dövlət, o cümlədən BMT Təhlükəsizlik Şurasının 2 daimi üzvü iştirak edib. Çox təəssüflər olsun ki, biz seçkiqabağı kampaniyanın uğurunu inkişaf etdirə və lazımi miqdarda səs toplamağa nail ola bilmədik.

Ona görə də mən seçki yürüşündən çıxmağı qərara aldım, lakin bunu borcumu yerinə yetirmək hissi ilə edirəm, çünki məndən asılı olan bütün mümkün və zəruri olan hər şeyi etmişəm”.

YUNESKO-nun baş direktoru postuna seçkinin ilk iki turu nəticə verməyib. Novator.az-ın məlumatına görə, səsvermələr oktyabrın 9-u və 10-u Parisdə İcraiyyə Şurasında keçirilib. Namizədlərdən heç biri qələbə üçün lazım olan mütləq səs çoxluğunu qazanmayıb.

Separatçı lider müstəqillik bəyannaməsini imzalayı...

  • 11 Oktyabr 2017
  • comments

AŞPA-nın yeni sədri

  • 11 Oktyabr 2017
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

GLOBALS:0
comments
Xəbər

Klub turnirlərinin qalibləri

GLOBALS:0
comments
Xəbər

Kubokda final

GLOBALS:0
comments
Xəbər

Beş ayın populyar adları

GLOBALS:0

Tags

  • Mədəniyyət

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

Son materiallar

comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

GLOBALS:0
comments
Xəbər

Klub turnirlərinin qalibləri

GLOBALS:0
comments
Xəbər

Kubokda final

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda