• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Vəkil tutulan cəhbəçilərdən xəbər gətirib

  • 10 Oktyabr 2017
  • comments
  • Novator.az
  • Posted in ManşetXəbər

Demokratik Qüvvələrin Milli Şurasının oktyabrın 7-də Bakıda keçirdiyi mitinq ərəfəsində AXCP-nin 6 fəalı tutulub. Contact.az-ın yaydığı məlumata görə, tutulanlardan Ramid Nağıyev, Yalçın Abdullayev, Ruslan Nəsirli, Məhərrəm Rzayev və Füzuli Hüseynov Binəqədi rayonundakı müvəqqəti saxlama təcridxanasında, Cabbar Savalanlı isə Sumqayıt Şəhər Polis İadarəsində saxlanır.

Oktyabrın 10-da vəkil Əsabəli Mustafayev inzibati həbsdə olan cəbhəçi fəalların hər biri ilə görüşüb. Vəkilin verdiyi məlumata görə, fəalların əksəri küçədə telefonla danışarkən ucadan söyüş söymək, polis əməkdaşları onları ictimai asayişə dəvət etdikdə isə polisə tabe olmamaq ittihamı ilə tutulub.

Polisə tabe olmamaqda təqsirli bilinən Ramid Nağıyev, Yalçın Abdullayev, Ruslan Nəsirli, Məhərrəm Rzayev və Füzuli Hüseynovun hər biri məhkəmə qərarı ilə 25-30 sutka, xırda xuliqanlıqda təqsirli bilinən Cabbar Savalanlı isə 10 sutka müddətinə həbs edilib.

Vəkil qeyd edib ki, əslində fəalların çoxu polisə çağırılaraq və ya evlərindən polis bölməsinə aparılaraq tutulub.

Fəalların işindən apellyasiya instansiyasına şikayətlər verilib.

Əsabəli Mustafayev Binəqədidəki təcridxanada saxlama şəraitinin normaya zidd olduğunu da vurğulayıb: “Beş nəfərlik kamerada 9-11 nəfər saxlanır. Çoxları yerdə yatmaq məcburiyyətində qalır. Tutulanlara evdən gətirilən yeməkləri də qəbul etmirlər, onları keyfiyyətsiz qidalarla qidalanmağa məcbur edirlər. Cəbhəçilərdən Füzuli Hüseynov siyasi məhbusların azad olunması tələbi ilə təcridxanada aclıq elan edib”.

AXCP adıçəkilən fəalların məhz 7 oktyabr mitinqinə mane olmaq məqsədilə tutulduğunu iddia edir. Mitinq Yasamal rayonundakı İdman-Sağlamlıq Kompleksinin stadionunda keçirilib. Aksiyada korrupsiyaya, insan hüquqlarının tapdanmasına son qoyulması, siyasi məhbusların azadlığa buraxılması tələb olunub.

450 avtobus ödəmə kartı ilə işləyir

  • 10 Oktyabr 2017
  • comments

Dünya çempionatına çıxan komandaların göstəricilər...

  • 10 Oktyabr 2017
  • comments

About author

Novator.az

Son materiallar

comments
ManşetTribunaYazarlar

Gələcəkdə yazılmış kitab

GLOBALS:0
comments
Dünyanın səsiManşetXəbər

İsrail-İran savaşı: ilk xəbərlər

GLOBALS:0
comments
AktualDünyanın səsiXəbər

Niyə uşaq saxlamaq çətindir? (BMT-nin hesabatı)

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetXəbər

2024 səksən illik bir dövrdə ən münaqişəli il olub

GLOBALS:0

Tags

  • Hüquq

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Gələcəkdə yazılmış kitab

Son materiallar

comments
ManşetTribunaYazarlar

Gələcəkdə yazılmış kitab

GLOBALS:0
comments
Dünyanın səsiManşetXəbər

İsrail-İran savaşı: ilk xəbərlər

GLOBALS:0
comments
AktualDünyanın səsiXəbər

Niyə uşaq saxlamaq çətindir? (BMT-nin hesabatı)

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda