Kreditlər azalıb, əmanətlər artıb
Oktyabrın 9-da Mərkəzi Bank kredit və əmanətlər üzrə yeni hesabat açıqlayıb. Novator.az-ın məlumatına görə, sentyabrın 1-nə kreditlərin həcmi 11 milyard 924,3 milyon manat, əmanətlərin həcmi 6 milyard 895,5 milyon manat göstərilir. Bir ayda kredit portfelində 484,2 milyon manat azalma, əmanətlərdə 3...
“Ermənistan növbəti dəfə özünü biabır etdi”
Oktyabrın 9-u Nazirlər Kabinetinin iclasında çıxış edən prezident İlham Əliyev deyib ki, bu ilin doqquz ayında ölkə uğurla və hərtərəfli inkişaf edib: “Bütün sahələrdə dinamik inkişaf təmin olunub. İqtisadi göstəricilərimiz də çox müsbətdir. Qeyri-neft iqtisadiyyatımız 2,5 faiz artıb. Hesab edirəm k...
Hərbi əməkdaşlıq planı imzalanıb
Belarusa səfər edən müdafiə naziri Zakir Həsənov oktyabrın 9-da həmkarı Andrey Ravkovla bir araya gəlib. Nazirlərin təkbətək və nümayəndə heyətlərinin iştirakı ilə görüşlərində ikitərəfli münasibətlərin, xüsusilə hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlığın inkişafının vacibliyi qey...
Bir həmsədrin neçə adı var?
ATƏT-in Minsk qrupunda ABŞ-ı təmsil edən həmsədrin ad-soyadı informasiya mənbələrində müxtəlif cür yazılır: Endrü Şofer, Əndrü Sxofer, Endrü Skofer, Endrü Şefer… ABŞ-ın Azərbaycandakı səfirliyinin rəsmi saytında həmsədr Andrü Şofer kimi təqdim edilir. İngiliscə yazılış belədir: Andrew Schofer....
Ən çox Nobel qazanan ölkələr
2017-ci ilin fiziologiya və tibb üzrə Nobel mükafatını amerikalı professorlar Ceffri Holl, Maykl Rozbaş və Maykl Yanq, fizika üzrə Nobel mükafatını amerikalı tədqiqatçılar Kip Torn, Rayner Vayss və Barri Beriş, kimya üzrə Nobel mükafatını isveçrəli Jak Debuş, amerikalı Yoahim Frank və Böyük Britaniy...
Lukaşenko: “Azərbaycanla bağlı heç bir narazılıq yoxdur”
Belarusa səfər edən müdafiə naziri Zakir Həsənov oktyabrın 9-da prezident Aleksandr Lukaşenko ilə görüşüb. Mod.gov.az-ın məlumatına görə, dövlət başçısı deyib ki, Belarus Azərbaycanla hərbi-texniki əməkdaşlığı inkişaf etdirmək niyyətindədir: “İki ölkə arasında münasibətlər heç bir beynəlxalq razılaş...
İqtisadiyyat Nobelinin laureatı bəlli oldu
2017-ci ilin iqtisadiyyat üzrə Nobel mükafatına amerikalı iqtisadçı Riçard Taler layiq görülüb. Novator.az-ın məlumatına görə, qərarı İsveç Elmlər Akademiyası oktyabrın 9-da açıqlayıb. Akademiya bəyan edib ki, Riçard Taler Nobelə iqtisadiyyata müxtəlif faktorların təsiri (davranış iqtisadiyyatı) sah...
Qırğızıstan qarışa bilər
Oktyabrın 9-da Qırğız Respublikası prezidentinin mətbuat xidməti açıqlama yayıb. Novator.az-ın məlumatına görə, açıqlamada bildirilir ki, oktyabrın 15-i – prezident seçkisi günü ölkədə iğtişaşlar törədilə bilər. Açıqlamaya əsasən, iğtişaşları bəzi siyasətçilər hazırlayıb, prosesə kriminal ünsürlərin...
Hava çönür
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Azərbaycanın rayonlarında oktyabrın 10-u axşamdan 14-dək şimşək çaxacağı, arabir yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qara keçəcəyi...
Xədicəni ölkədən buraxmamaq qərarı qüvvədə qaldı
Oktyabrın 9-da Bakı Apellyasiya Məhkəməsi jurnalist Xədicə İsmayılın ölkədən çıxışının qadağan edilməsi qərarı üzrə şikayətinə baxıb. Məhkəmə şikayəti təmin etməyib. Jurnalist ölkədən çıxışına qadağanın götürülməsi üçün Binəqədi Rayon Məhkəməsində çəkişmə aparmış, bu instansiyada istəyinə nail olmad...
Maşallah Əhmədov azadlığa çıxıb
Veteran futbolçu Maşallah Əhmədov oktyabrın 7-də azadlığa buraxılıb. Bu il yanvarın 30-da Bakı Ağır Cinayətlər Məhkəməsi Maşallah Əhmədovu 8 il müddətinə azadlıqdan məhrum edib və o, məhkəmə zalında həbs olunub. Bizneslə məşğul olan Maşallah Əhmədov bir neçə şəxsə külli miqdarda ziyan vurmaqda təqsi...
Gözəllik müsabiqəsinə yekun vurulub
Polşanın paytaxtı Varşavada əlilliyi olan qızların gözəllik müsabiqəsinə yekun vurulub. Novator.az-ın məlumatına görə, 15 ölkədən 24 qızın qatıldığı müsabiqədə 23 yaşlı belaruslu Aleksandra Çiçikova qalib gəlib. Əlil arabasında gəzən Aleksandra Çiçikova universitetdə psixologiya və sosial pedaqoqika...
Hökumət 9 aya nöqtə qoydu
Oktyabrın 9-da prezident İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasını keçirib. AZƏRTAC xəbər verir ki, dövlət başçısı iclası giriş nitqi ilə açıb, sonra təhsil naziri Mikayıl Cabbarov, “Azəravtoyol” Açıq Sə...
Çempionatda hələlik 4 çempion var
2018-ci ildə Rusiyanın ev sahibliyi ilə keçiriləcək 21-ci dünya futbol çempionatına oktyabrın 9-dək 15 milli komanda vəsiqə qazanıb. Onların 4-ü dünya çempionudur. Novator.az komandaların dünya çempionatlarında əldə etdiyi ən böyük uğurlara nəzər salıb: Braziliya – 20 dünya çempionatında iştirak edi...
Rusiyanın hərbi gəmiləri Xəzərdə təlimə çıxıb
Rusiya Xəzər Donanmasına məxsus 20-dən çox gəmi oktyabrın 9-da Xəzərdə təlimlərə başlayıb. Novator.az-ın məlumatına görə, Rusiya Silahlı Qüvvələri Cənub Hərbi Dairəsinin mətbuat katibi Vadim Astafyev bildirib ki, təlimlər zamanı gəmilərdən dəniz, sahil və havadakı hədəflərə raket və artilleriya zərb...
400-dən çox mağazada…
Bakıda oktyabrın 15-dən noyabrın 15-dək keçiriləcək ikinci ticarət festivalının detalları məlum olub. Mədəniyyət və Turizm Nazirliyi bildirir ki, bir ay müddətində müştərilər dünya brendlərinə məxsus geyim, elektronika, məişət texnikası, mebel, ətriyyat və kosmetika, eləcə də digər məhsulları Bakıda...
Nazirlik reyd keçirib prokurorluğa üz tutdu
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları qanunvericiliyin tələblərinə əməl olunması vəziyyətini yoxlamaq məqsədilə reyd keçirib. Oktyabrın 9-da yayılan rəsmi məlumata görə, reyd zamanı Binəqədi qəsəbəsindəki 43 saylı yanacaqdoldurma məntəqəsinin ərazisində iki ədəd Eldar şamının kəsildi...
Valyutaların yönü hayanadır?
Oktyabrın 9-da avro bahalaşıb. Novator.az-ın məlumatına görə, rəsmi məzənnə 1,9891 manatdan 1,9953 manata yüksəlib. Rusiya rublu ucuzlaşaraq 0,0294 manatdan 0,0292 manata düşüb. Dəyər artıran gürcü larisi banklara 0,6871 manata, ingilis funt sterlinqi 2,2267 manata, kursu enən türk lirəsi 0,4581 man...
Rusiyaya daha beş bilet
Son üç gündə (6-8 oktyabr) keçirilmiş seçmə oyunlardan sonra daha beş milli komanda dünya futbol çempionatının final raunduna adlayıb. Novator.az-ın məlumatına görə, Avropadan İspaniya, Polşa, Afrikadan Nigeriya, Misir, Şimali və Mərkəzi Amerikadan Kosta Rika Rusiyaya bilet əldə ediblər. 2018-ci ild...
İşğala məruz qalmış dövlətlər yeni məsləhətləşmələr aparıb
Gürcüstan, Ukrayna, Azərbaycan və Moldovanın xarici işlər nazirləri Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilatın – GUAM-ın yaranmasının 20-ci ildönümü ilə əlaqədar görüş keçiriblər. Oktyabrın 8-i Tbilisidə baş tutan görüşdə 20 il ərzində görülən işlər, qarşıda duran vəzifələr, strateji planlar,...
- 1
- 2