• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
Turan agentliyi

“Turan”ın pulu borca gedəcək

  • 05 Oktyabr 2017
  • comments
  • Novator.az
  • Posted in ManşetXəbər

Vergilər Nazirliyi oktyabrın 2-də “Turan” informasiya agentliyinin hesabları olan banklara hesaba girən pulun vergi borcunun ödənilməsi üçün müsadirəsinə göstəriş verib. Qərar agentlik oktyabrın 1-dən işini bərpa edəndən sonra banklara göndərilib.

Novator.az bildirir ki, “Turan”a 36 min 547 manat vergi borcu hesablanıb. Bunun 27 min 253 manatı əsas borc, 9 min 294 manatı hesablanmış faizlərdir.

Avqustda Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti agentliyə cinayət işi qaldırıb. Həmin ayın 24-də agentliyin direktoru Mehman Əliyev bu cinayət işi zəminində tutulub, bir gün sonra Yasamal Rayon Məhkəməsi onu 3 aylıq həbs edib. Sentyabrın 11-də Mehman Əliyev başqa yerə getməmək şərti ilə həbsdən buraxılıb.

Jurnalist qanunsuz sahibkarlıq, vergidən yayınma və vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunur. İstintaq iddia edir ki, Mehman Əliyev 2010-2014-cü illərdə dövlət qeydiyyatına alınmamış qrant müqavilələri üzrə 148310 manat məbləğində qanunsuz gəlir əldə edib, 2010-2016-cı illərdə 60080 manat məbləğində mənfəət vergisini dövlət büdcəsinə ödəməkdən yayınıb.

Vergi ödəməkdən yayınma üzrə cinayət işi çərçivəsində “Turan”ın hesabları bir müddət bağlı qalıb, agentliyin fəaliyyəti dayanıb.

“Turan”ın 4 oktyabr məlumatında qeyd olunur ki, agentliyin maliyyə-təsərrüfat fəaliyyəti iflic vəziyyətindədir, əməkdaşlar sentyabrın 5-dən ödənişsiz məzuniyyətə göndəriliblər və könüllü əsaslarla işi qismən davam etdirirlər.

“Azərbaycan Avropa Şurasını tərk etsə, heç nə dəyi...

  • 05 Oktyabr 2017
  • comments
Tehsil Nazirliyi

Təhsil Nazirliyi müraciət hesabatı yayıb

  • 05 Oktyabr 2017
  • comments

About author

Novator.az

Son materiallar

comments
Xəbər

Beşlikdə son nöqtə

GLOBALS:0
comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0

Tags

  • Hüquq
  • Media

Rəylər

Do not miss

comments
Xəbər

Beşlikdə son nöqtə

Son materiallar

comments
Xəbər

Beşlikdə son nöqtə

GLOBALS:0
comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda