• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

“Qərar mitinq başlayanda qəbul olunacaq”

  • 05 Oktyabr 2017
  • comments
  • Novator.az
  • Posted in ManşetXəbər

Demokratik Qüvvələrin Milli Şurası oktyabrın 7-də paytaxtda mitinq keçirməyə hazırlaşır.

Aksiya saat 15-dən 17-dək Yasamal rayonundakı İdman-Sağlamlıq Kompleksinin stadionunda (“İnşaatçılar” metro stansiyasının yanı) olacaq. Bakı Şəhər İcra Hakimiyyəti aksiyanı sanksiyalaşdırıb.

Milli Şura sentyabrın 23-də eyni ünvanda mitinq keçirmişdi. Bakı Şəhər İcra Hakimiyyətinin sanksiyalaşdırdığı aksiyada korrupsiyaya, insan hüquqlarının tapdanmasına etiraz bildirilmişdi.

Oktyabrın 5-də Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Rövşən Əhmədli Novator.az-a deyib ki, ölkənin problemləri olduğu kimi qalır, ona görə əvvəlki mitinqin şüar və tələbləri aktuallığını itirməyib: “7 oktyabr mitinqində əsas məqsədimiz yenə korrupsiyaya, insan hüquqlarının tapdanmasına etiraz etməkdir. Bu baxımdan qarşıdan gələn aksiyanın şüar və tələbləri dəyişməyib”.

Rövşən Əhmədli mitinq öncəsi təzyiqlərin davam etdiyinə də diqqət çəkib: “Aksiyanın daha da kütləvi keçəcəyindən ehtiyatlanan hakimiyyət yenə müxalifət nümayəndələrinə, demoktatik qüvvələrin elektoratına təzyiqlər göstərir. İnhisar altında olan kütləvi informasiya vasitələrində aksiyamız haqda məlumatın verilməməsi, yaxud yalnız təhrif olunmuş informasiyaların dərc edilməsi də təzyiqin bir növüdür. Oxşar təzyiqlər davam edir”.

Koordinasiya Mərkəzinin üzvü bildirib ki, məhz təzyiqlərə görə mitinqdə çıxış edəcək şəxsləri yalnız son anda – aksiya başlananda müəyyənləşdirmək qərarına gəliblər: “Çünki çıxışçıların kimliyi əvvəlcədən müəyyən ediləndə onlara qarşı əlavə təzyiqlər ortaya çıxır. Bu baxımdan mitinqdə çıxş edəcək şəxslər son anadək müəyyənləşdirilməyəcək. 7 oktyabr aksiyasında kimlərin çıxış etməsi barədə qərar mitinq başlayanda qəbul olunacaq”.

Rövşən Əhmədli mitinq öncəsi təbliğat kampaniyasının aparılmasına, eyni zamanda aksiya günü insanların İdman-Sağlamlıq Kompleksinin stadionuna sərbəst gəlməsinə şərait yaradılması üçün Bakı Şəhər İcra Hakimiyyətinə və Bakı Şəhər Baş Polis İdarəsinə müraciət edəcəklərini də vurğulayıb.

Milli Şura 2013-cü ildə yaradılıb. Quruma professor Cəmil Həsənli və AXCP sədri Əli Kərimli liderlik edir.

Sahibkarlara 5,6 milyon manat güzəştli kredit veri...

  • 05 Oktyabr 2017
  • comments

Türkiyəyə yeni səfir göndərildi

  • 06 Oktyabr 2017
  • comments

About author

Novator.az

Son materiallar

comments
ManşetTribunaYazarlar

Gələcəkdə yazılmış kitab

GLOBALS:0
comments
Dünyanın səsiManşetXəbər

İsrail-İran savaşı: ilk xəbərlər

GLOBALS:0
comments
AktualDünyanın səsiXəbər

Niyə uşaq saxlamaq çətindir? (BMT-nin hesabatı)

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetXəbər

2024 səksən illik bir dövrdə ən münaqişəli il olub

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Gələcəkdə yazılmış kitab

Son materiallar

comments
ManşetTribunaYazarlar

Gələcəkdə yazılmış kitab

GLOBALS:0
comments
Dünyanın səsiManşetXəbər

İsrail-İran savaşı: ilk xəbərlər

GLOBALS:0
comments
AktualDünyanın səsiXəbər

Niyə uşaq saxlamaq çətindir? (BMT-nin hesabatı)

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda