• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Ermənistan parlamenti Rusiya ilə birgə qoşun qrupu sazişini təsdiqlədi

  • 05 Oktyabr 2017
  • comments
  • Səidə Hüseynova
  • Posted in AktualManşetXəbər

Oktyabrın 5-də Ermənistan parlamenti Rusiya ilə birgə qoşun qrupu haqqında sazişi təsdiqləyib. Novator.az-ın məlumatına görə, 87 deputat sazişin rəsmiləşməsinə səs verib, müxalif “Çıxış” blokundan 7 deputat sənədin əleyhinə çıxıb.

Saziş sonradan artırılmaq şərti ilə 5 il qüvvədə olacaq.

İki ölkənin birləşmiş qoşun qrupunu yaratmaq barədə sazişi ötən il noyabrın 30-da Rusiya və Ermənistanın müdafiə nazirləri imzalayıb. Sazişə əsasən, birgə qrupa Ermənistandakı 102-ci Rusiya hərbi bazası və Ermənistan Silahlı Qüvvələrinin hərbi hissəsi daxil olur.

Ermənistan-Rusiya birləşmiş qoşun qrupunun komandanı ermənidir: general-mayor Andranik Makaryan.

Birgə qoşun qrupu Ermənistana və Rusiyaya təcavüzün qarşısını almağa, iki ölkənin ərazi bütövlüyünün və əhalisinin müdafiəsinə yönəlib.

Sazişə əsasən, Ermənistanla Rusiya hərbi-siyasi vəziyyəti birgə analiz etməyə, ordu qrupunun heyətini və rəhbərliyini müəyyənləşdirməyə, birgə komandanlıq yaratmağa, vahid idarəçilik sistemi qurmağa, qoşunların, kəşfiyyatın, silahlanmanın, maddi-texniki bazanın idarəçiliyini təmin etməyə və operativ-taktiki tapşırıqların birgə yerinə yetirilməsinə öhdəlik götürüblər.

Rusiya Dövlət Duması sazişi bu il iyulun 4-də ratifikasiya edib.

Rafiq İsmayil

Rafiq İsmayıl vəfat edib

  • 05 Oktyabr 2017
  • comments

Vergilər Nazirliyindən “Turan” açıqlaması

  • 05 Oktyabr 2017
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
Xəbər

Rumıniyada seçki nöqtəsi

GLOBALS:0
comments
Xəbər

“Avroviziya”: qalib, qaliblər

GLOBALS:0
comments
Xəbər

Beşlikdə bir sual

GLOBALS:0
comments
Xəbər

Bazel finalçıları

GLOBALS:0

Tags

  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Rumıniyada seçki nöqtəsi

Son materiallar

comments
Xəbər

Rumıniyada seçki nöqtəsi

GLOBALS:0
comments
Xəbər

“Avroviziya”: qalib, qaliblər

GLOBALS:0
comments
Xəbər

Beşlikdə bir sual

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda