• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Vladimirə qarşı Aleksey. Kimdir Navalnı?

  • 04 Oktyabr 2017
  • comments
  • Səidə Hüseynova
  • Posted in AktualManşetŞərh

Rusiya müxalifətinin liderlərindən olan Aleksey Navalnı oktyabrın 2-də 20 sutka inzibati həbs cəzası alıb. O, icazəsiz kütləvi aksiyaya çağırışda təqsirli bilinib. Aleksey Navalnı bu il iyunun 12-dən iyulun 7-dək eyni ittihamla inzibati həbsdə yatıb.

Novator.az müxalif liderin ömür yoluna nəzər salıb.

Aleksey Navalnı 1976-cı il iyunun 4-də Moskva vilayətində anadan olub. Atası hərbçi, anası iqtisadçıdır. Onların ailə biznesi var.

Aleksey 1993-cü ildə Moskva vilayətində orta məktəbi, 1998-ci ildə Rusiya Xalqlar Dostluğu Universitetinin (Moskva şəhəri) hüquq fakültəsini bitirib.

Rusiya Hökuməti yanında Maliyyə Akademiyasında (1999-2001-ci illər), ABŞ-ın Yel Universitetində də (2010-cu il) təhsil alıb.

Bir müddət bank sistemində çalışan, ayrı-ayrı kommersiya firmalarına rəhbərlik edən Aleksey Navalnı 2000-ci ildən ictimai-siyasi fəaliyyətlə məşğuldur.

O, 2000-ci ildən Rusiya Birləşmiş Demokrat Partiyasının (“Yabloko”) üzvü olub, təşkilatın müxtəlif strukturlarına rəhbərlik edib. 2007-ci ildə daxili ziddiyyətlər üzündən bu partiyadan çıxarılıb.

2004-cü ildə Aleksey Navalnı korrupsiyaya qarşı mübarizə aparan Moskvalıları Müdafiə Komitəsinin rəhbərlərindən biri olub.

2005-ci ildə “DA!” gənclər hərəkatının, 2007-ci ildə “Xalq” hərəkatının yaranmasında iştirak edib.

2011-ci ildə Rusiya Dövlət Dumasına seçkilər vaxtı və ondan sonra Aleksey Navalnı hakimiyyətə qarşı kütləvi aksiyaların əsas təşkilatçılarından olub.

2013-cü ildə Moskva meri seçkisində iştirak edib, ikinci yeri tutub.

Hazırda Aleksey Navalnı Tərəqqi Partiyasının Siyasi Şurasının sədri, Korrupsiya ilə Mübarizə Fondunun rəhbəridir. Dövlət başçısı Vladimir Putinin ən sərt əleyhdarı kimi ad çıxaran Aleksey Navalnı 2018-ci ilin prezident seçkisində iştirak etmək niyyətindədir.

Aleksey Navalnı 2013-cü ildə 5 il, 2014-cü ildə 3 il 6 ay müddətinə şərti həbs cəzasına məhkum edilib. Dəfələrlə inzibati həbs cəzası alıb.

Evlidir. Bir qızı (2001-ci il təvəllüdlü), bir oğlu (2008-ci il təvəllüdlü) var.

Aleksey Navalnının həyat yoldaşı Yuliya evdar qadındır. Alekseyin siyasi fəaliyyətində ona dəstək verir, amma işlərinə qarışmır.













Yağış, leysan, qar

  • 04 Oktyabr 2017
  • comments

Ali Məhkəmə Əli İnsanovla bağlı proses təyin etdi

  • 04 Oktyabr 2017
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

150 ilin adamı – Adil müəllim…

GLOBALS:0

Tags

  • Siyasət

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda