• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
Efqan Muxtarli

Jurnalist 30 kilo arıqlayıb

  • 04 Oktyabr 2017
  • comments
  • Novator.az
  • Posted in Xəbər

Oktyabrın 4-də Nəsimi Rayon Məhkəməsi həbsdə olan jurnalist Əfqan Muxtarlının girov əvəzində ev dustaqlığına buraxılması barədə vəsatətə baxıb. Məhkəmədə çıxış edən Əfqan Muxtarlı səhhətindəki problemlərə görə ev dustaqlığına buraxılmasını istəyib. Ancaq hakim Şəlalə Həsənova vəsatəti rədd edib.

“Azadlıq” radiosuna danışan vəkil Zibeydə Sadıqova deyib ki, Əfqan Muxtarlının səhhətində problemlər qalır: “Onun kəskin ürək ağrıları var. Jurnalist Bakı İstintaq Təcridxanasında həkimlərin onu müalicə etmədiyini, təzyiqini ölçməklə kifayətləndiyini bildirir. Mənə həbs ediləndən bu yana 30 kiloqramdan çox çəki itirdiyini bildirdi”.

Vəkilin sözlərinə görə, Əfqan Muxtarlı əvvəllər telefonla 3 nəfərlə danışa bilib: “Ancaq bir həftədən artıqdır ki, yalnız həyat yoldaşı ilə danışmağa icazə verirlər. Yaxınları ilə görüşməsinə, ona kitab ötürülməsinə də qadağa qoyulub”.

Əfqan Muxtarlı mayın 31-də həbs edilib. Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi onu Cinayət Məcəlləsinin 318.1-ci (dövlət sərhədini sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçmə), 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) və 206.1-ci (qaçaqmalçılıq) maddələri ilə ittiham edir.

Əfqan Muxtarlı, müdafiəçilərinin dediyinə görə, mayın 29-da Tbilisidə tutularaq Bakıya gətirilib. Azərbaycanın rəsmi qurumları isə bəyan edir ki, Əfqan Muxtarlı Gürcüstandan Azərbaycana qanunsuz keçdikdən sonra qaçmaq istəyib, Dövlət Sərhəd Xidmətinin əməkdaşlarının qanuni tələbinə tabe olmayaraq onlara zor tətbiq etməklə müqavimət göstərib və jurnalistin üstündən 10 min avro məbləğində nağd pul tapılıb.

Həbsdə olduğu vaxt Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi Əfqan Muxtarlının vergi qeydiyyatına alındığı dövrdən sonrakı fəaliyyətinin yoxlanması barədə qərar çıxarıb. Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti həmin qərar əsasında səyyar vergi yoxlaması keçirib. Nəticədə Əfqan Muxtarlıya 110 manat 95 qəpik əlavə vergi hesablanıb.

Əfqan Muxtarlı son illər ailəsi ilə birgə Gürcüstanın paytaxtı Tbilisidə yaşayıb. Jurnalist 1974-cü ildə Zaqatalanın Aşağı Tala kəndində doğulub. 5 il Azərbaycanın Silahlı Qüvvələrində xidmət edib, Qarabağ müharibəsi veteranıdır, Şuşada, Laçında, başqa bölgələrdə döyüşlərin iştirakçısı olub. 1992-ci ilin may ayında Laçının müdafiəsi zamanı yaralanıb.

Azərbaycanlı fanat: “İstəyirik Kataloniya müstəqil...

  • 04 Oktyabr 2017
  • comments

Neft Fondunun büdcəsində nə dəyişdi?

  • 05 Oktyabr 2017
  • comments

About author

Novator.az

Son materiallar

comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
comments
Xəbər

Xarici ticarətin dörd ayı

GLOBALS:0
comments
Xəbər

“Qarabağ”lı turnir

GLOBALS:0
comments
Xəbər

Avropa meydanlarında

GLOBALS:0

Tags

  • Hüquq
  • Media

Rəylər

Do not miss

comments
Xəbər

Azərbaycan neftinin ünvanları

Son materiallar

comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
comments
Xəbər

Xarici ticarətin dörd ayı

GLOBALS:0
comments
Xəbər

“Qarabağ”lı turnir

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda