• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Yeni cəza nə cəzadır?

  • 03 Oktyabr 2017
  • comments
  • Səidə Hüseynova
  • Posted in Xəbər

Milli Məclisə prezident İlham Əliyevin təqdimatı ilə göndərilən qanun layihəsi Cinayət Məcəlləsinə 300-ə yaxın dəyişikliyi nəzərdə tutur. Onlardan biri də məcəlləyə 52-1 maddəsinin (azadlığın məhdudlaşdırılması) əlavə olunmasıdır.

APA bildirir ki, yeni cəza məhkumun yaşayış yeri üzrə nəzarət altında saxlanmaqla azadlıq hüququnun məhdudlaşdırılmasından ibarətdir.

Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxsə bu tələblər qoyulur:

– yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək;

– elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanması üçün ona xidmət etmək;

– məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək;

– cəzanın icrasına nəzarət edən orqanın razılığı olmadan yaşayış yerini dəyişməmək, habelə həmin orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq.

Məhkəmə məhkum üçün bu vəzifələri müəyyən edə bilər:

– kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək;

– alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək.

Azadlığın məhdudlaşdırılması 6 aydan 5 ilədək hesablanacaq. Cəzanın şamil olunacağı cinayət əməlləri siyahısında ananın yeni doğduğu uşağı qəsdən öldürməsi; qəflətən baş vermiş güclü ruhi həyəcan vəziyyətində qəsdən adam öldürmə; zəruri müdafiə həddini və ya cinayət törətmiş şəxsin tutulması üçün zəruri həddi aşmaqla adam öldürmə; ehtiyatsızlıqdan adam öldürmə; adam oğurluğu; böhtan cinayətləri də var.

Qaçaqmalçılıq; xuliqanlıq; yanğın təhlükəsizliyi qaydalarını pozma; qanunsuz olaraq odlu silah əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə; ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə kimi əməllərə də azadlığın məhdudlaşdırılması cəzaları verilə bilər.

Qəbələnin turist statistikası

  • 03 Oktyabr 2017
  • comments

Saakaşvili siyasi sığınacaq istəyib

  • 03 Oktyabr 2017
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
Xəbər

Beşlikdə son nöqtə

GLOBALS:0
comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0

Tags

  • Hüquq

Rəylər

Do not miss

comments
Xəbər

Beşlikdə son nöqtə

Son materiallar

comments
Xəbər

Beşlikdə son nöqtə

GLOBALS:0
comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda